- ölçüyə uyğun olaraq 5 əd Super Seni (gündüz) bezləri və ya 2 əd Seni Active hopduran tumanlar,
- 1əd qoruyucu Seni Soft basic birdəfəlik hopduran mələfələr,
- Sink oksidli qoruyucu krem,
- Quru, kobud dəri üçün krem,
- cansız sacları yumaq üçün Nəmləndirici şampun,
- 2 əd xəstəni yedizdirmək ve təraş üçün Cibli qoruyucu döşlüklər,
- 2 əd Təmizləmək üçün əlcəklər.

Yataq xəstəsinin yanında təcrübəli baxıcının olması sadəcə istənilən deyil, qulluq etdiyi xəstəyə dair bütün vəzifələrin öhdəsindən asanlıqla gələn son dərəcə yararlı köməkçidir. Axı, bəzən pasiyentin ehtiyac duyduğu ixtisaslı qulluğu bacarığı ya vaxtı olmayan yaxınları təmin edə bilmir.
Baxıcı əsasən yataq xəstələri üçün lazımdır. Yataq xəstəsinə qulluq xüsusi bacarıq, vərdiş, səbr və dözüm tələb edir. Belə xəstələrə dair hətta sadə hərəkətlərin yerinə yetirilməsi böyük çətinliklərlə bağlıdır. Pasiyenti narahat etmədən və incitmədən bezini düzgün dəyişmək, bütün gigiyenik prosedurları yerinə yetirmək, yataq və əyin ağlarını dəyişmək yalnız təcrübəli baxıcının səlahiyyətidir. Yataq xəstəsinə qulluq edən baxıcı yataq yaralarının, durğunluq əlamətlərinin profilaktikasına aid kifayət qədər biliklərə malikdir. Pasiyentin müşahidə gündəliyinin aparılması, həkim təyinatlarının yerinə yetirilməsi, xəstə haqqında bütün məlumatların yaxınlarına çatdırılması da baxıcının vəzifəsinə aiddir.
Yaxınınız insult, bud sümüyü boynunun sınığı kimi xəstəliklər keçirmişdirsə, ona adi deyil, xüsusi qulluq bacarığı olan baxıcı tələb olunur. Bizim baxıcılar onkoloji, insult və bud sümüyü sınığı keçirmiş xəstələrə, Altsgeymer və Parkinson xəstəliyi, dağınıq skleroz və başqa ciddi xəstəliklərdən əziyyət çəkənlərə peşəkar qulluq göstərir. Belə baxıcılar kontrakturaların profilaktikası, yataq yaralarının müalicəsi, gimnastika hərəkətlərinin yerinə yetirilməsi, xəstənin gəzişdirilməsi və s. kimi prosedurları yerinə yetirir.
Bəzən, xəstəlikdən şikayət etməyən ahıl yaşlı şəxslər, qocalar adi ev işlərinin öhdəsindən gələ bilmir. Ahıl yaşlı insanlara qulluq edən baxıcı himayəsində olana sadə, amma, zəruri ev işlərində kömək edə bilər: mağazaya və aptekə gedər, ürəyi istədiyi yeməyi hazırlayar, təmizlik işləri görər, sadəcə, söhbət edər. Qocalar fiziki köməkdən başqa, psixoloji yardıma, dərdinə şərik çıxana bir ehtiyac duyur. Belə baxıcılar kompanyon, ortaq adlandırılır.
Pasiyentin evində yaşayan baxıcı da oxşar vəzifələri icra edir. O, himayəsində olana saat hesabı deyil, bütün sutka ərzində qulluq edir. Belə baxıcılar adətən ağır xəstələrə qulluq etmək üçün dəvət olunmur. Zəruriyyət ondan irəli gəlir ki, yaxınları pasiyentə lazımınca baş çəkə bilmir. Evdə yaşamaq şərti ilə işləyən baxıcılar yalnız Bakıda deyil, yaxın qəsəbə və kəndlərində, bağ evlərində də işləyə bilər. Bu növ baxıcılara olan yüksək tələbat xidmətin nisbətən ucuzluğu və sifarişçinin öz yaxınına görə arxayınlığı ilə bağlıdır.