Arterial nəbz

Arterial nəbz  ürək-damar sistemi fəaliyyətinin əsas göstəricilərindən biridir. Arteriyaların üzdə və əllənə bilən yerlərində yoxlanılır. Çox vaxt nəbz radial arteriya üzərində yoxlanılır. Nəbzi səhərlər, yeməkdən əvvəl yoxlamaq məsləhətdir.

Xəstə sakit olmalı və prosedur zamanı danışmamalıdır.

Qaydası:

  1. Xəstəni rahat, sərbəst vəziyyətdə oturdun ya uzadın.
  2. Nəbzi yaxşı əllənən əlini müəyyən edin. Əli uzanıqlı olmalıdır.
  3. II, III və IV barmağınızı əlin ən dar yerinə - birbaşa biləkdən əvvəl, baş barmağının əsasına yerləşdirin
  4. Barmaqların ucu ilə arteriyanı azacıq sümüyə sıxın və nəbzi əlləyin
  5. 30 saniyə vurğuları sayın və ikiyə vurun
  6. Nəbz aritmikdirsə, vurğuları 60 saniyə saymaq lazımdır

Normada sağlam insanın nəbzi dəqiqədə 60-80 vurğudur. Nəbzin dəqiqədə 85-90 vurğudan çox artması taxikardiya adlanır. Nəbzin dəqiqədə 60 vurğudan az olması bradikardiya adlanır. Nəbzin olmaması asistoliya adlanır.

Bədən temperaturunun 1°C artması nəbzin 8-10 vurğu çoxalmasına səbəb olur. 

Nəbzin ritmi nəbz dalğaları arasındakı intervala görə təyin edilir:

-         bərabər interval – nəbz ritmikdir (düzgündür)

-         qeyri-bərabər interval – nəbz aritmikdir (qeyri-düzgün) 

Təcili yardım nə vaxt çağırılır: nəbzin tezliyi 60-dan aşağı və 100-dən yuxarıdırsa və sapvari nəbz hallarında. 

Ünvan:
г. Баку
İş rejimi:
Пн-Сб 9:00-21:00