Bu dövrdə gündəlik həyatda istifadə edilən dörd əsas qayda və ya əks-göstəriş mövcuddur. Diqqət edin ki, pasiyent istənilən vəziyyətdə bu qaydalara riayət etsin:
- Bədənini 90°-dən artıq irəli əyməsin
- Əməliyyat olunmuş ayağın dizini budundan yuxarı qaldırmasın
- Əməliyyat olunmuş ayagını bədənin orta xəttinə yaxınlaşdırmasın
- Əməliyyat olunmuş ayağı ilə dairəvi hərəkətlər etməsin
- Həkim əyilməyə icazə verməyənə qədər 90°-dən çox irəli əyilməsin
- Həkim icazə verməyənə qədər ayaqlarını dizlərdə və topuqlarda çarpazlamasın
Pasiyentin oturması üçün qoltuqlu sərt oturacaq seçin. Əyləşərkən budunun arxa tərəfləri oturacağa toxunmayana qədər pasiyent qoltuqlardan tutmalıdır. Əməliyyat olunmuş ayağını kürəyi oturacağın qoltuqlarına çatandan sonra tərpətsin, oturacağa yavaş-yavaş əyləşsin, zədələnmiş ayağını düz saxlasın.
Stuldan qalxarkən:
Pasiyentə oturacağın qırağına çəkilməyə kömək edin. Qalxarkən oturacağın qoltuqlarına dayaqlanmalıdır və zədələnmiş ayağını yana çəkməlidir. Tayaqlar pasiyentin qarşısında və möhkəm dayanmalıdır.
Tualet otağında yüksək oturacaq unitazın hündürlüyünü artırmağa imkan verir və pasiyentin rahat oturması va qalxması üçün şərait yaranır. Əl tutacaqları tualetdən istifadə zamanı pasiyentin təhlükəsizliyini təmin edir. Pasiyent bədənin ağırlığını əməliyyat olunmuş ayağın üzərinə keçirməyənə qədər, vannada yuyunmaq üçün xüsusi qurğulardan istifada edin. Bunun üçün vanna skamyasından istifadə etmək məqsədə uyğundur.
Pasiyenti skamyaya keçirərkən:
- skamyanı vannada düz və möhkəm yerləşdirin;
- skamyaya keçərkən təhlükəsizlik üçün tayaqlardan (xodunki) istifada edin. Tayaqları pasiyentin qarşısına qoyun, pasiyenti arxası vannaya çevirin. Tayaqlardan tutan pasiyenti yavaş-yavaş skamyaya əyləşdirin.
- yalnız skamyaya oturduqdan sonra pasiyentə kömək edin ayaqlarını qaldırsın və vannanın kənarından aşırsın, üzünü duşa çevirsin
- vannanın kənarından aşırılan zədələnmiş ayağı əlinizlə tutun ki, bud oynağına təzyiq olunmasın
- uzun saplı süngər va əl duşu pasiyentə sərbəst yuyunmağa imkan verir.
Pasiyent vanna qəbul etdikdən sonra ona yuxarıda göstərilən qaydada vannadan çıxmağa kömək edin. Çarpayı sərt və hündür olmalıdır.
Pasiyenti yatağına uzatmaq üçün:
- Pasiyenti yatağın kənarına oturdun. Mümkündürsə, əməliyyat olunmuş ayağını uzadsin.
- İki-üç sayına yanlarını sürüşdürərək pasiyent bədənini çarpayiya oturtmalıdır (köməklə). Əvvəlcə əməliyyat olunmuş, sonra saglam ayağı çarpayıya uzadın, pasiyentə kömək edin arxasi üstə uzansın. Pasiyenti rahat uzadın,üstunü ortün, əhvalını soruşun.
- Arxası üstə uzanıbsa, dizlərinin arasına balınc qoyun. Pəncələrin dabanı içəriyə, burnu bayıra baxmalıdır.
Pasiyent əməliyyat olunmuş tərəfdə də uzana bilər, amma, əvvəlcə narahatlıq hiss edir. Ayaqları arasında balınc olmalıdır ki, əməliyyat olunmuş budu yana çəkilmiş vəziyyətdə qalsın.
Çarpayıdan qalxarkən proseduru əks qaydada təkrar edin. Diqqət edin ki, pasiyent bədənini yana əyməsin, düz saxlasın, dirsəklərinə dayaqlansın.
Yataq yerini ela düzəldin ki, pasiyent çarpayıdan saglam ayağı tərəfindən qalxa bilsin. Hər iki ayaqları çarpayıdan salınmamış əməliyyat olunmuş ayagı saxlamaq lazımdır. Çarpayıdan qalxmazdan əvvəl əməliyyat olunmuş ayağı irəli uzatmaq lazımdır.