Главная \ Baxıcı xidməti \ Daimi yanında qalan baxıcı

Xəstə və yaşlı ücün baxıcı

Bizə HƏR ZƏNG EDƏN ŞƏXS, Senidən yataq xəstəsinə qulluq üçün HƏDIYYƏ dəst əldə edə bilər!

Həyat mürəkkəbdir. Bəzən, elə olur ki, ağır xəsarət, xəstəlik keçirmiş yaxud, qocalıb əldən düşmüş yaxınımız və əzizimiz kiminsə köməyi olmadan dolana  bilmir.  Ona kömək etmək istəsək də, məşğulluğumuz, qayğılarımız, uzaqda yaşamağımız buna mane olur. Bəs, nə edək? Ən yaxşı çıxış yolu evdə yaşayan şəfqət bacısı dəvət etməkdir.  

“Help” xidmətinə müraciət etməklə yaxınlarınızın bütün sutka keyfiyyətli, peşəkar qulluqla təmin olunacağına əmin ola bilərsiniz.

Daimi yanında qalan baxıcı bir çox vəzifələri yerinə yetirir.

  • Peşəkar baxıcı, həkimin təyin etdiyi prosedurları yerinə yetirir, vaxtında dərmanları verir, massaj edir və s.
  • Xəstəyə qulluğun ən çətin məqamlarından biri – gigyenik prosedurların vaxtında və düzgün yerinə yetirilməsi də böyük əhəmiyyət kəsb edir.
  • Məişət və istirahət xidmətlərinin göstərilməsi də evdə yaşayan şəfqət bacısının vəzifəsinə daxildir. Ev işlərini yerinə yetirir, xəstəyə kitab oxuyur, onunla söhbət edir.

Xəstənin evində baxıcının olması onun psixoloji rahatlığını təmin edir və, bu da çox vacib məqamdır. Çünki, qulluğa və xüsusi qayğıya ehtiyacı olan şəxs anlayır ki, lazım gəldikdə, ona hər an yardım göstərə bilən, harayına çatan bir kəs daim yanındadır. Dərdi, ağır fikirləri ilə təklikdə qalmayacaq. Bu, son dərəcə vacibdir, çünki, müsbət təəssüratlar xəstəni  daha tez sağaldır.  

Şəfqət bacısı yaxud, xəstə baxıcısı xidmətlərini sifariş etmək üçün sadəcə bizə zəng edin, ya da bu məlumatlar göstərilməklə sayt vasitəsilə ərizə verin:

  • pasiyentin əsas xəstəliyi
  • pasiyentin hərəkət qabiliyyəti (tam yataq xəstəsi, kənar şəxsin köməyi ilə hərəkət edən və ya sərbəst hərəkət edən).
  • pasiyentin yaşı və təxmini çəkisi
  • baxıcı xidmətindən istifadə edəcəyiniz müddət
  • xüsusi xidmətlərə tələbat (massaj, gimnastika və s.).
  • yarana biləcək çətinliklər (ağır xəsiyyət, pasiyentin və ya ailə üzvlərinin yad münasibəti). Pasiyentin hər hansı asılılığı (içki, narkotik və s.) və ya ruhi xəstəliyi varsa, bu məlumatı gizlətməyin.  
  • baxıcının qarşısında qoyulacaq vəzifələr – pasiyentin əzablarını yüngülləşdirmək, reabilitasiya tədbirləri aparmaq, ev işlərində kömək, xəstənin vəziyyətinə hər saat nəzarət və s.
  • baxıcıya təklif olunan yaşayış şəraiti.

Bakıda xəstə baxıcısı xidmətlərini bu telefonlarla sifariş edə bilərsiniz: +99 (412) 567-08-69, +99 (455) 515-83-05.

Ünvan:
Bakı şəhəri
İş rejimi:
Şənbə-bazar 9:00-21:00