Главная \ Faydalı məsləhətlər \ Eşitmə zəifliyi (ağır eşitmə)

Eşitmə zəifliyi (ağır eşitmə)

Eşitmə zəifliyi (ağır eşitmə) – ciddi tibbi və sosial problemdir. Əhalinin 10-15% eşitmə pozulmasından əziyyət çəkir, xüsusən, yuxarı yaşlı insanlar arasında.   Ağır eşitmə zamanı ətraf mühitdən gələn səsli məlumatın tanınası pozulur. Normal halda qulağın eşidə biləcəyi minimal səs gücü 1-20 desibeldir (dB) (6m-lik məsafədən eşidilən pıçıltı). Ağır eşitmə xəstəni müəyyən dərəcədə ətraf mühitdən tədric edir, insanlarla ünsiyyət qabiliyyəti itir, ətraf mühitin təhlükəsinə uyğun reaksiya yaranmır.  Ağır eşitmənin psixoloji fəsadları var: əsəbilik, özünə qapanma, şübhə, ruh düşkünlüyü, depressiya. Davranış pozuntusu və antisosial adətlər yaxınları tərəfindən ruhi xəstəlik kimi anlanılır.

Ağır eşitmə tədricən inkişaf edir və xəstənin diqqətini cəlb etmir. Erkən mərhələdə xəstələr öz vəziyyətini yorğunluqla, kənar səslərlə, səsin və ya nitqin zəifliyi və digər səbəblərlə izah edir.

Ağır eşitməyə şübhə yaranarsa, otorinolarinqoloqun  məsləhəti tələb olunur.

1469777841_fotolia_55767668_subscription_monthly_m1

Ağır eşitmənin əsas korreksiya üsulları:

  • eşitmə protezləşdirilməsi – qulaq aparatlarının istifadə edilməsi;
  • texniki məişət və peşəkar adaptasiya vasitələrinin istifadə edilməsi; 
  • ağır eşidənlərlə xüsusi ünsiyyət qaydaları.

Eşitmə aparatları iki çeşitdə istehsal olunur:

  • Qulaqarxası eşitmə aparatları yüngül, orta və yüksək dərəcəli ağıreşitmə dərəcələri üçün yarayır. Onlar arxa tərəfdən qulaq seyvanına bərkidilərək nazik ensiz boru və fərdi hazırlanmış qulaq içliyi (otoplastika) vasitəsi ilə qulaq keçəcəyinə birləşdirilir.
  • Qulaqdaxili eşitmə aparatları yüngül və orta dərəcəli ağıreşitmə dərəcələrində istifadə edilir və qulaq seyvanının və ya qulaq keçəcəyinin içində yerləşdirilir. Mikrofon eşitmə keçəcəyinə yaxın yerləşdiyinə görə bu aparatlar təbii səs qəbul sistəminə çox uyğundur.

44099 vnutriushnie

Eşitmə protezləşdirilməsi – qulaq aparatlarının istifadə edilməsi
Müasir eşitmə aparatlarının imkanları:

  • səsin ucalığı və tezliyini qavrama pozulmasını bərpa etmək;
  • nitqin aydınlığını təmin edir (sakitlikdə, küylü şəraitdə, qrup şöhbətində);
  • təbii qavramanı təmin edir (nitqi, öz səsini, musiqini, ətraf səsləri);
  • rahat səs ucalığı səviyyəsini avtomatik olaraq təmin edir;
  • müxtəlif akustik vəziyyətlərə avtomatik uyğunlaşma;
  • təhlükə siqnalını canlandırır;
  • rahat telefon danışığına şərait yaradır

Qulaq aparatlarının istifadəsi zamanı aşağıdakı qaydaları xəstəyə izah edin: 

  • aparatdan təlimata uyğun istifadə etmək lazımdır;
  • eşitmə aparatı həmişə quru olmalıdır;
  • çimərkən, yuyunarkən, duş qəbul edərkən aparatı taxmaq olmaz;
  • qulaq çirkinin qulaqcıqları tutmamasına nəzarət edin;
  • insanların çox olduğu yerlərdə qulaq aparatından istifadə edərkən səsini azaldın;
  • batareyalar çox işləsin deyə, istifadə etmədikdə aparatı söndürmək lazımdır;
  • elektrik qida elementləri alarkən saxlama müddətinə diqqət yetirin;
  • tanınmış istehsalçıların məhsulu olan hava-sink elementlərindən istifadə edin;
  • hava dəliyinin etiketini birbaşa qulaq aparatına yerləşdirməzdən əvvəl çıxarın;
  • · üstünüzdə həmişə ehtiyat batareyası olmalıdır  

Texniki məişət və peşəkar adaptasiya vasitələrinin istifadə edilməsi

Bu, elektrik naqilin köməyi ilə qapı zənginin səsini xəstənin otağında yerləşən siqnal lampasının işığına çevirən sadə qurğular, habelə, bahalı cihazlar, qapı, telefon zəngləri və domofon siqnalının simsiz vibrasion-işıq indikatorları ola bilər.

Ünvan:
Bakı şəhəri
İş rejimi:
Şənbə-bazar 9:00-21:00