- ölçüyə uyğun olaraq 5 əd Super Seni (gündüz) bezləri və ya 2 əd Seni Active hopduran tumanlar,
- 1əd qoruyucu Seni Soft basic birdəfəlik hopduran mələfələr,
- Sink oksidli qoruyucu krem,
- Quru, kobud dəri üçün krem,
- cansız sacları yumaq üçün Nəmləndirici şampun,
- 2 əd xəstəni yedizdirmək ve təraş üçün Cibli qoruyucu döşlüklər,
- 2 əd Təmizləmək üçün əlcəklər.
Günlük xəstə baxıcısının xidmətinə o zaman ehtiyac yaranır ki, xəstə (ahıl yaşlı) insan başqa ailə üzvləri ilə birlikdə yaşayır və yalnız qısa müddət tək qalmalı olur. Təyin edilmiş iş müddətində gündüz xəstə baxıcısı xəstəyə qulluq edir, vəziyyətinə nəzarət edir, gigiyenik prosedurları yerinə yetirir, yemək hazırlayır, xəstəni yedirir, qabları yuyur, otağı təmizləyir və s.
Ağır xəstələrə də gündüz xəstə baxıcısı tələb oluna bilər (adətən, 8-12 saatlıq müddətə). Iş müddəti bitənə yaxın qohumlardan birisi baxıcını əvəz edir. Xəstəyə qulluq etmək hər bir sağlam insanın gücü çatan işdir. Sadəcə, istək, səbr və bir sıra prosedurları düzgün yerinə yetirmək bacarığı tələb olunur.
Günlük xəstə baxıcısı bir sıra vəzifələri yerinə yetirir:
- sanitar-gigiyenik prosedurlar
- temperatur, AT, nəbzin nəzarəti
- vanna qəbuluna kömək
- ahıl yaşlı insanı tualetə müşayiət etmək ya altına qab vermək
- dərman qəbuluna nəzarət
- yemək hazırlamaq
- mənzildə təmizlik işləri aparmaq
- paltar yumaq
- ərzaq almaq və s.
Xəstə baxıcısı xidmətlərini sifariş etmək üçün sadəcə bizə zəng edin və ya sayt vasitəsi ilə aşağıdakı məlumatlar göstərilmiş ərizə verin:
- pasiyentin əsas xəstəliyi
- pasiyentin hərəkət qabiliyyəti (tam yataq xəstəsi, kənarların köməyi ilə və ya sərbəst)
- pasiyentin yaşı və təxmini çəkisi
- xəstə baxıcısı xidmətindən istifadə edilən müddət
- xüsusi xidmətlərə ehtiyac (massaj, gimnastika və s.). Kateter, stoma və s. olması.
- xəstə baxıcısının qarşısına çıxa bilən çətinliklər (çətin xasiyyət, xəstənin və ya ailə üzvlərinin yad münasibəti). Hər hansı asılılıq (alkoqol, narkotik və s.) və ya ruhi xəstəlik varsa, onu bildirmək lazımdır
- baxıcının qarşısına qoyulan əsas vəzifə - xəstənin əziyyətini yüngülləşdirmək, bərpa kursu aparmaq, ev işlərində kömək etmək, xəstənin vəziyyətinəvə hərəkətlərinə hər saat nəzarət etmək və s.
- baxıcı evdə yaşayacaqsa, ona təklif edilən şərtlər bildirilməlidir
Xəstə baxıcısı xidmətlərini Bakıda bu telefonlarla sifariş edə bilərsiniz: +99 (412) 567-08-69, +99 (455) 515-83-05.