Insult - beyin qan dövranının kəskin pozulmasi deməkdir. Daha çox hipertoniya xəstəliyi, baş beyin damarlarının aterosklerozu, ürəyin işemik xəstəliyi, beyin damarlarının anomaliyası, anevrizmalar, şəkərli diabet zamanı inkişaf edir.
Növünə görə hemorragik və işemik insult (beyin infarkti), subaraxnoidal qansızma olur.
Hemorragik insult
Təhrikçi amillər - emosional va fiziki gərginlikdən sonra inkişaf edə bilər
Beynə qan sizir.
Arterial təzyiqin ya damarların funksional vəziyyətinin dəyişməsi arteriyanın partlaması ilə nəticələnir.
Əlamətlər:
- Huşun qəflətən itməsi
- Üz dərisinin hiperemiyası (qizarması)
- Alın tərləməsi
- Boyun damarlarının güclü pulsasiyası (vurması)
- Şiddətli baş ağrıları
- Qusma
- Yüksək arterial təzyiq
- Taxikardiya (urəkdöyünməsi)
- Tənəffüs pozulması: küylü, pıqqıltılı, xırıltılı tənəffüs
- Hərarətin 37-39 °C qədər artmasi
- Ətrafların bir tərəfli iflici (misal üçun, agiz bucagının sallanması, başın və gözlərin iflic tərəfə çevrilməsi)
- Nitqin pozulması
- Bəzən, sidik ləngiməsi və ya qeyri- ixtiyari sidik ifrazı
- Qıcolma (sağlam əl və ya ayağin qeyri-ixtiyari hərəkəti)
Subaraxnoidal qanaxma – baş beyin damarları anevrizmasın cırılması nəticəsində inkişaf edir
Ələmətləri:
- «arxadan zərbə» tipli kəskin baş ağrısı qusma
- - epileptiform tutmalar
- - hərəki oyanıqlıq
- - huşun qaralması, tutulması
Işemik insult
Təhrikçi amillər - emosional gərginlik, yorgunluq, yoluxucu xəstəliklər
Aterosklerotik baş beyin damarlarının kəskin daralması ya tutulması (trombla, embol ilə). Adətən, ahıl yaşlarda inkişaf edir.
Əlamətlər:
- Xəstəlik tədricən inkişaf edir, xəstənin huşu itmir
- Baş ağrıları, baş gicəllənməsi, kəskin zəiflik, dəri örtüklərinin avazimasi
- Ayaq va əllərin keyiməsi
- Bir neçə dəqiqə, saat, bəzən, gün ərzində halsızlıq artır
- Ayaq və əllər getdikcə ağırlaşır, sonra birdən-birə zəifləyir və hərəkətini itirir
- işemik proses gecə inkişaf edirsə, pasiyent səhər yerindən qalxa bilmir, əl və ayaqlarını tərpədə bilmir
- Sağ ətrafların hərəkəti pozulursa, pasiyentin nitqi pozulur
- Görmə və udma qabiliyyəti pozulur
Saytda baxım məhsullarını linkə daxil olmaqla və ya (055) 515-83-05 telefonu ilə sifariş edə bilərsiniz:








Insult keçirmiş xəstəyə ev şəraitində qulluq
Bir çox hallarda, evdəkilərdən biri qəfildən yatağa düşdükdə xəstəyə baxan adam nə edəcəyini bilmir.
Insult hadisəsi nə qədər ağır keçsə də, düzgün müalicə və xəstənin reabilitasiya prosesində fəal iştiraki nəticəsində orqanizmin əksər funksiyaları bərpa olunur.
Pasiyent tam bərpa prosedurları kursu keçməlidir, о cümlədən, müalicə gimnastikası və masaj. Erkən fiziki reabilitasiya və düzgün gigiyenik qulluq pnevmoniya, dərin venaların trombozu, yataq yaraları, həmçinin kontraktura kimi insultun ağırlaşmalarının qarşısını alır.
Yataq yaralarının qarşısını almaq üçün yataq xəstəsi hər iki saatdan bir çevrilməlidir. Mütlək yatağa düşən insan üçün yataq yarası əlehinə döşək alınmalıdı. Pasiyentin iflic olmuş əl və ayağı düzgün uzandırılmalıdır. Yataq yaraların qarşısını almaqda böyük rolu düzgün seçilmiş xəstə bezləri (pamperslər) və dəriyə qulluq vasitələridi. Xəstə bezi (pampers) seçdikdə onun "nəfəs alan" materialdan hazırlanmasına, qırağa su keçirməməsinə, ətrafa sidiyin yaratdığı pis qoxunun yayılmamasına, dəriyə allerqik reaksiya verməməsinə önəm verilməlidi. Xəstə bezi (pampers) xəstənin ölçüsünə uyğun olaraq düzgün seçilməlidi 1,2,3 və ya 4 ola bilər Seni qutusunun üzərində bu haqda məlumat var. Bəzən insanlar elə fikirləşillər ki, bezin ölçüsünü böyük seçsələr o zamab bez daha çox maye hopduracaq - bu fikir yalnışdı. Əgər daha çox hopdurucu bez lazım olarsa Seninin gecə bezlərini işlətmək məsləhət görülür. Bezin daha çox hopduruculuğunu təminetmək üçün bezi aktivasiya etmək lazımdı
Xəstənin gigiyenasını təmin etmək üçün Senini müxtəlif dəriyə qulluq vasitələri də mövcuddu
Insultdan sonra hərəki fəalliğın bəгра olunması
Yataq rejimindən tədricən və həkimlə razılaşdırıldıqdan sonra yıxmaq lazımdır. Əvvəlcə xəstəni oturdur, sonra ayaq gimnastikası edir, sonra qaldırır və sonda – yeriməyi öyrədirlər.
Pasiyent sərbəst otura bilmirsə:
- əvvəlcə ona oturmaqda kömək edin
- sonra yataqda oturmağı öyrədin
- kənardan kömək olmadan xəstənin oturması ücün çarpayını əlavə qurğularla təchiz edin
- xəstəyə ayaqlarını çarpayıdan salmağı və çarpayının yanındakı stula əyləşməyi öyrədin
- tədricən xəstəyə öyrədin:
Ayaq üstə dayanmağı:
- Bədənin ağırlığını bir tərəfdən о biri tərəfinə keçirməyi
- Yerində addım atmağı
- Yeriməyi öyrətmək üçün tayaq alın (xodunki)
Xəstəni yeridərkən, onun hərəkətsiz tərəfində dayanın
Insult keçirmiş pasiyentin qida qəbulu
Xəstənin udma və çeynəmə qabiliyyətini dəyərləndirən həkim buna uyğun pəhriz təyin edir. Həmin funksıyaları pozulmuş xəstə yumşaq qidanı daha asan udur, nəinki duru qidanı
Ağzın iflıc olmuş tərəfındən tüpürcək ifraz olursa, xəstənin uzünü quru və dəri saxlayın. Agız ətrafı dəriyə qoruyucu krem çəkin.
Qidanı xəstəyə sağlam yan tərəfdən verin və ağzın iflic olmayan yarısına yerləşdirin. Xəstəni yedirdikdən sonra ağız boşluğunda qida qalıqlarının qalmadığını yoxlayın.
Xəstəyə nəzarət
Dəri ortüklərinə nəzarət edin, yataq yaralarına qarşı bütün profilaktik tədbirləri yerinə yetirin. Xəstələrdə çox vaxt sidik və nəcis qaçırması olur, onlara düzgün qulluq edin.
Normal yuxu ritmini bərpa etmək üçün:
- gecələr xəstənin otağında havanın temperaturu azalmalıdır
- qidanın kaloriliyi və istiliyi azalmalıdır (bol və isti yeməkdən sonra insan yuxuya gedir)
- gündüz saatlarında xəstənin daim məşğul olmasını təşkil edin
Bu hallarda həkim çağırın:
- Bədənin hərarəti artir, boyründə güclü ağrı əmələ gəlir. Yataq xəstələrində pnevmoniya təhlükəsi böyükdür.
- iflic olmuş tərəfdə ödem əmələ gəlir - bu, venaların trombozu əlaməti ola bilər.
Xəstəyə mənəvi yardım göstərin. Söyləyin ki, nə olursa olsun, yaxınları onu sevir.