Növünə görə hemorragik və işemik insult (beyin infarkti), subaraxnoidal qansızma olur.
Hemorragik insult
Təhrikçi amillər - emosional va fiziki gərginlikdən sonra inkişaf edə bilər
Beynə qan sizir.
Arterial təzyiqin ya damarların funksional vəziyyətinin dəyişməsi arteriyanın partlaması ilə nəticələnir.
Əlamətlər:
- Huşun qəflətən itməsi
- Üz dərisinin hiperemiyası (qizarması)
- Alın tərləməsi
- Boyun damarlarının güclü pulsasiyası (vurması)
- Şiddətli baş ağrıları
- Qusma
- Yüksək arterial təzyiq
- Taxikardiya (urəkdöyünməsi)
- Tənəffüs pozulması: küylü, pıqqıltılı, xırıltılı tənəffüs
- Hərarətin 37-39 °C qədər artmasi
- Ətrafların bir tərəfli iflici (misal üçun, agiz bucagının sallanması, başın və gözlərin iflic tərəfə çevrilməsi)
- Nitqin pozulması
- Bəzən, sidik ləngiməsi və ya qeyri- ixtiyari sidik ifrazı
- Qıcolma (sağlam əl və ya ayağin qeyri-ixtiyari hərəkəti)
Subaraxnoidal qanaxma – baş beyin damarları anevrizmasın cırılması nəticəsində inkişaf edir
Ələmətləri:
- «arxadan zərbə» tipli kəskin baş ağrısı qusma
- - epileptiform tutmalar
- - hərəki oyanıqlıq
- - huşun qaralması, tutulması
Işemik insult
Təhrikçi amillər - emosional gərginlik, yorgunluq, yoluxucu xəstəliklər
Aterosklerotik baş beyin damarlarının kəskin daralması ya tutulması (trombla, embol ilə). Adətən, ahıl yaşlarda inkişaf edir.
Əlamətlər:
- Xəstəlik tədricən inkişaf edir, xəstənin huşu itmir
- Baş ağrıları, baş gicəllənməsi, kəskin zəiflik, dəri örtüklərinin avazimasi
- Ayaq va əllərin keyiməsi
- Bir neçə dəqiqə, saat, bəzən, gün ərzində halsızlıq artır
- Ayaq və əllər getdikcə ağırlaşır, sonra birdən-birə zəifləyir və hərəkətini itirir
- işemik proses gecə inkişaf edirsə, pasiyent səhər yerindən qalxa bilmir, əl və ayaqlarını tərpədə bilmir
- Sağ ətrafların hərəkəti pozulursa, pasiyentin nitqi pozulur
- Görmə və udma qabiliyyəti pozulur
Insult keçirmiş xəstəyə ev şəraitində qulluq
Xəstənin gigiyenasını təmin etmək üçün Senini müxtəlif dəriyə qulluq vasitələri də mövcuddu
Insultdan sonra hərəki fəalliğın bəгра olunması
Yataq rejimindən tədricən və həkimlə razılaşdırıldıqdan sonra yıxmaq lazımdır. Əvvəlcə xəstəni oturdur, sonra ayaq gimnastikası edir, sonra qaldırır və sonda – yeriməyi öyrədirlər.
Pasiyent sərbəst otura bilmirsə:
- əvvəlcə ona oturmaqda kömək edin
- sonra yataqda oturmağı öyrədin
- kənardan kömək olmadan xəstənin oturması ücün çarpayını əlavə qurğularla təchiz edin
- xəstəyə ayaqlarını çarpayıdan salmağı və çarpayının yanındakı stula əyləşməyi öyrədin
- tədricən xəstəyə öyrədin:
Ayaq üstə dayanmağı:
- Bədənin ağırlığını bir tərəfdən о biri tərəfinə keçirməyi
- Yerində addım atmağı
- Yeriməyi öyrətmək üçün tayaq alın (xodunki)
Xəstəni yeridərkən, onun hərəkətsiz tərəfində dayanın
-
gecələr xəstənin otağında havanın temperaturu azalmalıdır
-
qidanın kaloriliyi və istiliyi azalmalıdır (bol və isti yeməkdən sonra insan yuxuya gedir)
- gündüz saatlarında xəstənin daim məşğul olmasını təşkil edin
- Bədənin hərarəti artir, boyründə güclü ağrı əmələ gəlir. Yataq xəstələrində pnevmoniya təhlükəsi böyükdür.
- iflic olmuş tərəfdə ödem əmələ gəlir - bu, venaların trombozu əlaməti ola bilər.