Главная \ Faydalı məsləhətlər \ Ürək-damar çatmamazlı \ İnsultdan sonra xəstəyə baxmağın əsas xüsusiyyətləri

İnsultdan sonra xəstəyə baxmağın əsas xüsusiyyətləri

Bizə HƏR ZƏNG EDƏN ŞƏXS, Senidən yataq xəstəsinə qulluq üçün HƏDIYYƏ dəst əldə edə bilər!

Insult - beyin qan dövranının kəskin pozulmasi deməkdir. Daha çox hipertoniya xəstəliyi, baş  beyin damarlarının aterosklerozu, ürəyin işemik xəstəliyi, beyin damarlarının anomaliyası, anevrizmalar, şəkərli diabet zamanı inkişaf edir.

Növünə  görə hemorragik və işemik insult (beyin infarkti), subaraxnoidal qansızma olur.

phoho5

Hemorragik insult Işemik insult
Təhrikçi amillər - emosional va fiziki gərginlikdən sonra inkişaf edə bilər Təhrikçi amillər - emosional gərginlik, yorgunluq, yoluxucu xəstəliklər
Beynə qan sizir. Aterosklerotik baş beyin damarlarının kəskin daralması ya tutulması (trombla, embol ilə). Adətən, ahıl yaşlarda inkişaf edir.
Arterial təzyiqin ya damarların funksional vəziyyətinin dəyişməsi arteriyanın partlaması ilə nəticələnir.  
Əlamətlər: Əlamətlər:
• Huşun qəflətən itməsi • Xəstəlik tədricən inkişaf edir, xəstənin huşu itmir
• Üz dərisinin hiperemiyası (qizarması) • Baş ağrıları, baş gicəllənməsi, kəskin zəiflik, dəri örtüklərinin avazimasi
• Alın tərləməsi • Ayaq va əllərin keyiməsi
• Boyun damarlarının güclü pulsasiyası (vurması) • Bir neçə dəqiqə, saat, bəzən, gün ərzində halsızlıq artır
• Şiddətli baş ağrıları • Ayaq və əllər getdikcə ağırlaşır, sonra birdən-birə zəifləyir və  hərəkətini itirir
• Qusma • işemik proses gecə inkişaf edirsə, pasiyent səhər yerindən qalxa bilmir, əl və ayaqlarını tərpədə bilmir
• Yüksək arterial təzyiq • Sağ ətrafların hərəkəti pozulursa, pasiyentin nitqi pozulur
• Taxikardiya (urəkdöyünməsi) • Görmə və udma qabiliyyəti pozulur
• Tənəffüs pozulması: küylü, pıqqıltılı, xırıltılı tənəffüs  
• Hərarətin 37-39 °C qədər artmasi  
• Ətrafların  bir tərəfli iflici (misal üçun, agiz bucagının sallanması, başın və gözlərin iflic tərəfə çevrilməsi)  
• Nitqin pozulması  
• Bəzən, sidik ləngiməsi və ya qeyri- ixtiyari sidik ifrazı  
•  Qıcolma (sağlam əl və ya ayağin qeyri-ixtiyari hərəkəti)  
Subaraxnoidal qanaxma – baş beyin damarları  anevrizmasın cırılması nəticəsində inkişaf edir
Ələmətləri:
- «arxadan zərbə» tipli kəskin baş ağrısı qusma  
- epileptiform tutmalar  
- hərəki oyanıqlıq  
- huşun qaralması, tutulması  

Insult keçirmiş xəstəyə  ev şəraitində qulluq
Bir çox hallarda, evdəkilərdən biri qəfildən yatağa düşdükdə xəstəyə baxan adam nə edəcəyini bilmir. 
Insult hadisəsi nə qədər ağır keçsə də, düzgün müalicə və xəstənin reabilitasiya prosesində fəal iştiraki nəticəsində  orqanizmin əksər funksiyaları bərpa olunur.
Pasiyent tam bərpa prosedurları  kursu keçməlidir, о cümlədən, müalicə gimnastikası və masaj. Erkən fiziki reabilitasiya və düzgün gigiyenik qulluq pnevmoniya, dərin venaların trombozu, yataq yaraları, həmçinin kontraktura kimi insultun ağırlaşmalarının qarşısını alır.
Yataq yaralarının qarşısını almaq üçün yataq xəstəsi hər iki saatdan bir çevrilməlidir. Mütlək yatağa düşən insan üçün yataq yarası əlehinə döşək alınmalıdı. Pasiyentin iflic olmuş əl və ayağı düzgün uzandırılmalıdır. Yataq yaraların qarşısını almaqda böyük rolu düzgün seçilmiş xəstə bezləri (pamperslər) və dəriyə qulluq vasitələridi. Xəstə bezi (pampers) seçdikdə onun "nəfəs alan" materialdan hazırlanmasına, qırağa su keçirməməsinə, ətrafa sidiyin yaratdığı pis qoxunun yayılmamasına, dəriyə allerqik reaksiya verməməsinə önəm verilməlidi. Xəstə bezi (pampers) xəstənin  ölçüsünə uyğun olaraq düzgün seçilməlidi 1,2,3 və ya 4 ola bilər Seni qutusunun üzərində bu haqda məlumat var. Bəzən insanlar elə fikirləşillər ki,  bezin ölçüsünü böyük seçsələr o zamab bez daha çox maye hopduracaq - bu fikir yalnışdı. Əgər daha  çox hopdurucu bez lazım olarsa Seninin gecə bezlərini işlətmək məsləhət görülür. Bezin daha çox hopduruculuğunu təminetmək üçün bezi aktivasiya etmək lazımdı  
activation

Xəstənin gigiyenasını təmin etmək üçün Senini müxtəlif dəriyə qulluq vasitələri də mövcuddu

 Insultdan sonra hərəki fəalliğın bəгра olunması

 Yataq rejimindən tədricən və həkimlə razılaşdırıldıqdan sonra yıxmaq lazımdır. Əvvəlcə xəstəni oturdur, sonra ayaq gimnastikası edir, sonra qaldırır  və sonda – yeriməyi öyrədirlər.

Pasiyent sərbəst otura bilmirsə:

  1.  əvvəlcə ona oturmaqda kömək edin
  2.  sonra yataqda oturmağı öyrədin
  3.  kənardan kömək olmadan xəstənin oturması ücün çarpayını  əlavə qurğularla təchiz edin
  4.  xəstəyə ayaqlarını çarpayıdan salmağı və çarpayının  yanındakı  stula əyləşməyi öyrədin
  5.  tədricən xəstəyə öyrədin:

Ayaq üstə dayanmağı:

  1. Bədənin ağırlığını bir tərəfdən о biri tərəfinə keçirməyi
  2. Yerində addım atmağı
  3. Yeriməyi öyrətmək üçün tayaq alın (xodunki)

Xəstəni yeridərkən, onun hərəkətsiz tərəfində dayanın

Insult keçirmiş pasiyentin qida qəbulu
Xəstənin udma və çeynəmə qabiliyyətini dəyərləndirən həkim buna uyğun pəhriz təyin edir. Həmin funksıyaları pozulmuş  xəstə yumşaq qidanı  daha asan udur, nəinki duru qidanı
Ağzın iflıc olmuş tərəfındən tüpürcək ifraz olursa, xəstənin uzünü quru və dəri saxlayın. Agız ətrafı dəriyə qoruyucu krem çəkin.
Qidanı xəstəyə sağlam yan tərəfdən verin və ağzın iflic olmayan yarısına yerləşdirin. Xəstəni yedirdikdən sonra ağız boşluğunda qida qalıqlarının qalmadığını yoxlayın.
Xəstəyə nəzarət
Dəri ortüklərinə nəzarət edin, yataq yaralarına qarşı bütün profilaktik tədbirləri yerinə yetirin. Xəstələrdə çox  vaxt sidik və nəcis qaçırması olur, onlara düzgün qulluq edin.
Normal yuxu ritmini bərpa etmək üçün:
  •  gecələr xəstənin otağında havanın temperaturu azalmalıdır
  •  qidanın kaloriliyi və istiliyi azalmalıdır (bol və isti yeməkdən sonra insan yuxuya gedir)
  •  gündüz saatlarında xəstənin daim məşğul olmasını təşkil edin
Bu hallarda həkim çağırın:
  •  Bədənin hərarəti artir, boyründə güclü ağrı  əmələ  gəlir.  Yataq xəstələrində pnevmoniya təhlükəsi böyükdür.
  •  iflic olmuş tərəfdə ödem  əmələ gəlir - bu, venaların trombozu əlaməti ola bilər.
Xəstəyə  mənəvi  yardım göstərin. Söyləyin ki, nə olursa olsun, yaxınları  onu sevir.
Ünvan:
г. Баку
İş rejimi:
Пн-Сб 9:00-21:00