Bizə HƏR ZƏNG EDƏN ŞƏXS, Senidən yataq xəstəsinə qulluq üçün HƏDIYYƏ dəst əldə edə bilər!
- ölçüyə uyğun olaraq 5 əd Super Seni (gündüz) bezləri və ya 2 əd Seni Active hopduran tumanlar,
- 1əd qoruyucu Seni Soft basic birdəfəlik hopduran mələfələr,
- Sink oksidli qoruyucu krem,
- Quru, kobud dəri üçün krem,
- cansız sacları yumaq üçün Nəmləndirici şampun,
- 2 əd xəstəni yedizdirmək ve təraş üçün Cibli qoruyucu döşlüklər,
- 2 əd Təmizləmək üçün əlcəklər.
Bəzən, yaxşı fiziki durumda olan ahıl yaşlı insanlar yaxınları və qohumlarından uzaqda yaşayır. Amma, qəfil başlayan xəstəlik ciddi təhlükəyə səbəb ola bilər. Köməkçi (kompanyon) xəstə baxıcısı ahıl yaşlı insana psixoloji rahatlıq təmin edə bilən, tibb bacısı işi əsaslarına yiyələnmiş işçidir. Xüsusi tibbi yardıma ehtiyac duymayan ahıl yaşlı insanlara xidmət göstərir.
Köməkçi baxıcı rahat psixoloji mühit yaratmağı bacarır, həmsöhbət olur. O, ilk növbədə, canlı ünsiyyət qura bilən yaxşı psixoloqdır. Köməkçi baxıcı işinə daha çox orta yaşlı, ailə qayğılarından azad və fiziki durumu yaxşı olan qadınlar yarayır. Onun möhkəm sinir sistemi, yaxşı davranış vərdişləri olmalıdır.
Xəstə baxıcısı xidmətlərini sifariş etmək üçün sadəcə bizə zəng edin və ya sayt vasitəsi ilə aşağıdakı məlumatlar göstərilmiş ərizə verin:
- pasiyentin əsas xəstəliyi
- pasiyentin hərəkət qabiliyyəti (tam yataq xəstəsi, kənarların köməyi ilə və ya sərbəst)
- pasiyentin yaşı və təxmini çəkisi
- xəstə baxıcısı xidmətindən istifadə edilən müddət
- xüsusi xidmətlərə ehtiyac (massaj, gimnastika və s.). Kateter, stoma və s. olması.
- xəstə baxıcısının qarşısına çıxa bilən çətinliklər (çətin xasiyyət, xəstənin və ya ailə üzvlərinin yad münasibəti). Hər hansı asılılıq (alkoqol, narkotik və s.) və ya ruhi xəstəlik varsa, onu bildirmək lazımdır
- baxıcının qarşısına qoyulan əsas vəzifə - xəstənin əziyyətini yüngülləşdirmək, bərpa kursu aparmaq, ev işlərində kömək etmək, xəstənin vəziyyətinəvə hərəkətlərinə hər saat nəzarət etmək və s.
- baxıcı evdə yaşayacaqsa, ona təklif edilən şərtlər bildirilməlidir
Xəstə baxıcısı xidmətlərini Bakıda bu telefonlarla sifariş edə bilərsiniz: +99 (412) 567-08-69, +99 (455) 515-83-05.