Quru, kobudlaşmış və qabıqlanan dirsək, diz, daban və ovuc dərisinə gündəlik qulluq kremi. Dərini intensiv nəmləndirir, qidalandırır və yumşaldır. Təbii nəmləndirici vasitə olan 10%-li sidik cövhəri kremin dərinin alt qatlarına sirayət etməsinə kömək edir, regenerasiya sürətlənir, dəri hamarlaşır, elastikliyi artır. Tərkibindəki E vitamini, pantenol, şi yağı və kətan toxumu cövhəri yara və kiçik çatların sağalmasını tezləşdirir.
Xüsusiyyətləri:
- kobud dərini intensiv nəmləndirir və yumşaldır
- qabıqlanma və çatların qarşısını alır
- yaraların sağalmasını tezləşdirir
Istifadə qaydası:
Təmiz və quru dəriyə çəkilir, massaj və döyəcləmə hərəkətləri ilə krem tam hopana qədər sürtülür.Səhər və axşam istifadə edilir. Selikli qişalarla təmasa yol verməyin. Zədələnmiş dəriyə çəkilmir.
Bioloji aktiv komponentlər:
kətan biokompleksi, süd turşusu, sidik cövhəri (10%), lanolin (“yun mumu”), E vitamini, D-pantenol, allantoin (büzücü, iltihabəleyhinə təsirli maddə), qliserin.
Tip – regenerasiya və aktivləşdirmə
Həcmi – 100 ml
Nəmləndirici şampun | Yuyucu köpük | Gigiyenik dəsmallar air-laid |