Главная \ Faydalı məsləhətlər \ Mədə-bağırsaq problemləri

Mədə-bağırsaq problemləri

Hərəkətsizlik mədə-bağırsaq traktının, xüsusən, yoğun bağırsağın tonusunu azaldır, qəbzlik yaradır, defekasiya çətinləşir. Yataq xəstələri defekasiyanı çətin və qeyri-adı vəziyyətdə, kənar şəxslərin  köməyi ilə etməyə məcburdur.

Qəbzlik və mədə-bağırsaq traktının süstlüyü həzmi pozur, pis ağız qoxusu, iştahsızlıq, yüngül ürəkbulanma əmələ gəlir, sonradan isə nəcis intoksikasiyası inkişaf edir.

Bəzən qəbzlik ishalla əvəz olunur. Bir neçə ay yataqda keçirən xəstələr pəhrizin dəyişməsi və infeksiyalara qarşı çox həssas olur, yəni, onlarda həzm prosesi daha tez pozulur. Uzun müddətli yataq rejimi və xəstənin vəziyyətinin tədricən pisləşməsi nəcisqaçırmaya səbəb olur.

Fəsadların profilaktikası fizioloji ifraz prosesi üçün rahat şəraitin yaradılması, ön qarın divarının gimnastikası, müvafiq pəhrizin gözlənilməsindən ibarətdir. 

Ünvan:
г. Баку
İş rejimi:
Пн-Сб 9:00-21:00