Medisorb F poliuretan pərdəli sarğı epitelizasiya və çapıqlaşma proseslərini canlandırır, hissiyatlı toxumaları qoruyur.
Xüsusiyyətləri:
• nəmlik dərəcəsini tənzimləyir - nəm yara mühitini saxlayır, yaranın sağalması üçün münasib şərait yaradır
• yaranın sağalma prosesinə vizual nəzarəti təmin edir – şəffaf sarğı müalicə vaxtı yaranın ölçüsü və vəziyyətini görməyə imkan verir, sarğını qoparmağa ehtiyac olmur
• sağlam dərini maserasiyadan qoruyur – dərini qıcıqlandıran artıq nəmi tez buxarlandırır. Sarğı, pasiyentin dərisini sürtünmədən qorumaq üçün profilaktik məqsədlə istifadə edilə bilər.
• asan qoyulur – qoruyucu kağız qatının xüsusi bükükləri sarğının yapışqan qatı ilə təmasa girmədən qoyulmasına imkan verir
• suya davamlıdır, bakteriyalardan qoruyur– yaranın yoluxma ehtimalını minimuma endirməklə gündəlik gigiyenik prosedurları aparmağa imkan yaradır
• sarğı ağrısız dəyişilir - yapışqan qat yara səthinə deyil, yalnız quru, sağlam dəriyə yapışır
Istifadəsi:
- kiçik yaralar, sürtüklüklər
- I dərəcəli yanıqlar
- I və II dərəcəli yataq yaraları
- dəri transplantatların götürüldüyü yerlər
Buraxılış forması:
- steril: 12 x 12 sm; qutuda × 5 əd., 50 əd.