Medisorb P xüsusi polimer sarğısı nəm mühitdə çətin sağalan yaraların müalicəsi üçün nəzərdə tutulub. Yara daxilində münasib nəm mühit yaratmaqla təbii sağalma prosesinə təkan verir. Çox ifrazatlı yaralarda ekssudatın miqdarına nəzarət edir.
Xüsusiyyətləri:
• hopdurma qabiliyyəti sarğının çox ifrazatlı yaraların müalicəsində istifadə edilməsinə imkan verir
• nəmlik dərəcəsini tənzimləyir - nəm yara mühitini saxlayır, yaranın sağalması üçün münasib şərait yaradır
• yaranı mexaniki zədələnmədən qoruyur – yumşaq və elastik poliuretan qaysaq qatı təsadüfi ikincili zədələnmə fəsadlarını minimuma endirir
• özü yapışır – ikinci sarğı tələb olunmur
Istifadəsi:
• I-IV dərəcəli yataq yaraları
• baldır xoraları
Dərin göbələk infeksiyası və III dərəcəli yanıq hallarında, yoluxmuş yaraların müalicəsində tövsiyyə olunmur.
Sarğının tərkibi:
• özü yapışan təmas qatı, yaraya yapışmadan yaranı örtür
• yüksək hopduran qabiliyyətli hidrogel qatı
• nəmi buxarlandıran yumşaq qaysaq qatı eyni zamanda yaranı mexaniki zədələrdən qoruyur
• hava, su buxarı buraxan xarici poliuretan qaysaq qatı eyni zamanda bakterioloji baryerdir
Buraxılış forması:
• steril: 15×15 sm; qutuda × 5 əd