Главная \ Faydalı məsləhətlər \ Ürək-damar çatmamazlı \ Miokard infarktı keçirmiş pasiyentə qulluq

Miokard infarktı keçirmiş pasiyentə qulluq

Miokard infarktı keçirmiş insanın  adı həyata qayıdışı tədricən baş verir. Infarktdan sonra bir neçə gün ciddi yataq rejimi gözlənilməlidir, odur ki, xəstəyə qulluq da yataq xəstəsinə qulluq kimi aparılmalı və bütün tədbirlər yerinə yetirilməlidir.

  •  Pasiyentə yataq rejimi və tam  rahat şərait təmin edin
  •  pasiyenti çox səliqə ilə yedirin
  •  manipulyasiyaları yerinə yetirərkən (yataq, əyin dəstinin dəyişməsi xəstənin 

vəziyyətinin dəyişməsi, gigiyena) kobud hərəkətlərə yol verməyin.

  •  Pasiyent ruh düşkünlüyü yaşayırsa, sağalacagına inanmırsa, hayatdan küskündürsə - onunla söhbət edin, ona ürək-dirək verin. Fəal həyata qayıtması isə zaman, səbr və iradədən aslıdır.
  •  Xəstə vəziyyətinin ağırlığını dərk etmirsə (yataq rejimini pozursa, yataqdan cəld qalxırsa, tualetə özü gedirsə, gizlincə siqaret çakirsə) - ona bu cür davranışın təhlükəli olduğunu izah edin.
  •  Xəstənin vəziyyəti yol verirsə, hər gün çəkisini yoxlayın.

Su balansına nəzərət edin. Sutka ərzində ifraz olunmuş sidiyin miqdarı qəbul edilmiş mayenin miqdarının

80%-dən azdırsa, ödemlərin yaranmasından şübhələnmək lazımdır. Çoxdursa – demək, müalicə müsbət nəticə verir və ödemlər azalır.

  •  Mütamadi olaraq oksigen inqalyasiyası edin.
  •  Qida rasionuna (maye va duzun istifadəsini azaldın) və xəstənin iştahına diqqət edin.
  •  Bağırsagın işləməsinə nəzarət edin.

Ciddi yataq rejiminin müddətini həkim təyin edir. Xəstə tədricən oturmalı, sonra yataqdan qalxmalı və yalnız bundan sonra gəzməlidir.

  •  Pasiyentə deyin ki, uzanaqlı vəziyyatdən ayaqüstü vəziyyətə yavaş-yavaş keçmək lazımdır
  •  Pasiyentə yeriməkdə kömək edin
  •  Sinəsində agrı ya təngənəfəslik başlayan kimi bütün hərəkətləri dayandirın
  •  Xəstə özü hərəkət etməkdən qorxursa, izah edin ki, bu, əzələlərin atrofiyasına va müvazinətin pozulmasına  səbəb ola bilər. Adi həyata qayıtmağın yolu tədricən və qədərində olan hərəkətdir.
  •  Xəstəliyin ikinci həftəsindən başlayaraq müalicəvi gimnastika təyin edilir. Həkim nəzarəti altında əvvəlcə ayaq əzələləri üçün məşq hərəkətləri təyin edilir ki, xəstə yeriməyə hazır olsun. Xəstəni yıxılmaqdan qoruyun, hərəkətlər bitəndən sonra onu uzadın.
Ünvan:
г. Баку
İş rejimi:
Пн-Сб 9:00-21:00