Turnirin tarixi 1992-ci ilə Polşada ilk dəfə əlilər üçün Futbol Liqasının keçirilməsindən başlayır. TZMO SA (polşanın Torun şəhərində yerləşən sarğı materialları istehsal edən zavod) sponsor olaraq iştirak edirdi, oyunlar isə yerli xarakterli idi. 2000 - ci ildə Avropada TZMO SA fəaliyyətinin genişləndirdikdən sonra, bu tədbirin təşkilində və onun gələcək inkişafında daha fəal rol oynaması haqda qərar qəbul edilib. O zaman turnirin adı - "Polşa Əlillər üçün Milli Futbol Liqası " və bir neçə il sonra liqa statusunu dəyişərək "Əlilliyi olan şəxslərin arasında Seni Cup mini - futbol Beynəlxalq Liqası" adlandırıldı. O zaman, ideyanın yeni olduğundan ictimayyətin şübhə və kritika ilə yanaşmasına və idmançıların zəif hazırlığına görə turnirin səviyyəsi o qədərdə qənayətbəxş deyildi.Lakin bu başlanğıc idi ! Hər il genişlənərək turnir, yaşamaq hüququnu qazanmışdir. İndi Seni Cup turnirləri Polşa, Rusiya, Ukrayna, Belarusya, Almaniya, Macarıstan, Çexiya, Slovakiya, Baltikyanı dövlətlər kimi ölkələrdə keçiril.
Seni Cup turnirinin azərbaycanda tarixi
Azərbaycanda Seni Cup turniri başqa ölkələrdən fərqli olaraq Bossia oyunundan başladı.
Bossia – mənşəyi italiyadan gələn bir idman oyunudur. Qədim Roma imperiyasının ərazisində qurulan oyun “bossia” latın sözündən götürülüb tərcüməsi “top” deməkdir. Boccia - dəqiqliyə, soyuqqanlılığa və konsentrasiya önəm verən oyundur. İdarəetmə orqanı 1978 – ci ildə yaradılmış CP İSRA - Uşaq Serebral Paralicli insanlar üçün idman və istirahət asosiasiyasıdır. Bossia idman növü 1984 - cü ildən paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və surətlə inkişaf edir. Bu idman növündə bütün ağır kateqoriyalı - uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması ilə əlilliyi olan uşaqlar, gənclər və yaşlılar öz güclərini sınaya bilirlər. Professional idmançı olmaqla yanaşı, Bossia idman növü, fiziki güclə bərabər zehin əməyi də tələb etdiyinə görə, həm də reabilitasiya xarakteri daşıyır. Bossia idman növünün üstünlüyü ondan ibarətdir ki, əlləri işləməyən sağlamlıq imkanları məhdud olan uşaq və gənclər də bu idman növü ilə məşqul olub, paralimpiyadada iştirak edə bilərlər.
Bossiaya yalnız əlillik dərəcəsi ağır olan insanlar cəlb oluna bilər və bu ancaq paralimpiya idman növüdü. İlk olaraq idman uşaq serebral iflicindən əziyyət çəkən insanlar üçün icad edilmişdir, lakin sonralar bura dayaq – hərəkət aparatının pozulması, sensorno - motor funksiyası müxtəlif xəstəliklərindən əziyyət çəkən insanlarda qoşuldu. Oyun kerlinq oyununa bir qədər oxşayır. Idmançılar hədəfə topu ata, dığarlaya və ya itələyə bilərlər.
Bossia BC1,BC2,BC3və BC4 dörd kateqoriyaya bölünür. Bu kateqoriyalar idmançıların əlilliyinin dərəcəsinə görə fərqlənir. Üçüncü kateqoriyada topu atmaq qabiliyyəti olmayan insanlar yarışır. Onlar üçün sahədə, hədəfə doğru topu istiqaməndirmək üçün xüsusi ramp adında bir qurğu quraşdırılır. Bu kateqoriyalı oyunçulara köməkçi insanlardan istifadə etməyə icazə verilir. Onlar hədəfi görməmək üçün arxasi hədəfə otururlar.
Oyun sahəsi ölçüsü12,5metr x 6 metr ölçüsündədi. Hər tərəfdən 2 metrlik boş sahə ilə əhatə olunur. Sahə səthi düz və hamardır. Oyunda iki rəng qırmızı və mavi, diametri - 27 sm, çəkisi - 275 qram və bir ağ rəngli - Jack Ball adlanan toplardan istifadə olunur.
Matçlar üç kateqoriyada keçirilir:
1) fərdi - hər bir oyunçu (BC1, BC2 BC3 və BC4) altı top ilə bir – biri ilə oynayır;
2) cüt – iki-iki (BC3, BC4) hər oyunçu üç top ilə oynayır;
3) komanda oyuları - üç – üçi (BC1 / BC2) hər oyunçu üç top ilə oynayır.Oyun fərdi və cüt oyunlarda 4 endden , komanda oyunlarında 6 endden ibarətdir . Oyun əvvəlində ilk ağ topun Cek Bolun atılması hüququ qazanılması üçün püşk atılır. Oyunun məqsədi – rəqibin toplarına nisbətən öz topunu Cek Bola daha yaxın yerləşdirməkdi, həmçin öz topunla rəqibin topunu vurmağada icazə verililir. Bütün toplar meydana atıldıqdan sonra hakim oyunun sona çatmasını bildirir və topları Cek Bola daha yaxın olan komandanın hesabına yazılır. Bütün endlərin sonunda xallar toplanir və daha çox xalı olan komanda qalib qəlir. Xalların sayı eyni olarsa əlavə (taym – breyk) partiya elan olunur və onun nəticəsinə görə qalib elan olunur.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Beynəlxalq Bossia federasiyasının üzvüdür. Milli Paralimpiya Komitəsi, Bossia idman növünün təbliğinə başlamış və xeyli sayda fiziki məhdudiyyəti olan gənc və uşaq bu idman növünə cəlb olunaraq sürətlə inkişaf etdirilmişdir. Qeyd edək ki, 6 dekabr 2014 – cü il tarixində “Seni Cup I” keçirilmişdi. Oyunda iki kateqoriya uğrunda 22 idmançı mübarizə edirdilər . Və bunun nəticəsi olaraq 2015 – ci ilin mart ayında Milli Paralimpiya Komitəsinin dəstəyi ilə 4 nəfər əlilliyi olan gənc ispaniyada keçirilmiş Bossia turnirində ölkəmizi təmsil emişdi. 18 dekabr 2015– ci ildə”Seni Cup II” turniri keçirildi və artıq bu turnirdə 30 idmançı 3 kateqoriya üzrə mübarizə aparmışdı. 2016 – ci ildə turnir daha kütləvi şəkil aldı və 55 idmançı ilə 5 kateqoriyada uğrunda mübarizə keçirildi.