Bakida “SENİ CUP” 2014 turniri keçirildi.
6 dekabr 2014 cü ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi, Seni şirkətinin dəstəyi ilə, ölkəmizdə yeni yaranmış boccia növü üzrə “SENİ CUP ” turniri keçirib.
Turnirin əsas məqsədi əlil insanların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olmalarının təbliğidir. Turnir “ABU Arena” idman kompleksində keçirilmişdi. Burada BC1/BC2 və BC4 kateqoriyalarında Bakıdan, Şəkidən və Ağsudan, ümumilikdə 22 idmançı iştirak edib.
Turnirin açılış mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov, Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti, 2016-cı il Rio-de-Janeyro Olimpiya və Paralimpiya oyunlarının Təşkilat Komitəsinin inteqrasiya üzrə komitəsinin sədri Endrü Parsons, Gənclər və İdman Nazirliyinin, bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Təntənəli açılışdan sonra turnirin yarımfinal və final yarışları keçirilib.
Qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.
Boccia Milli Paralimpiya Komitəsinin və İctimai Birliyin təşəbbüsü ilə artıq səkkiz aydır Azərbaycanda təbliğ olunur. Bu müddətdə respublikada dörd təlim mərkəzi yaradılıb.
Milli Paralimpiya Komitəsi yaxın günlərdə Beynəlxalq Boccia Federasiyasına üzv olub. İdmançılarımız gələn ildən etibarən boccia üzrə beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Seni Cup 2014 turnrinin qalibləri: