Seni cup 2016

Azərbaycanda Bossia 2016 çempionatındakı yaşanan: qələbə sevinci, cəsarət, və çempionluq hissləri!

14 dekabr, 2016 – cı ildə paralimpiyaçılarımız arasında Azərbaycan Milli Paralimpiya Komitəsinin və Seni şirkəti tərəfindən təşkil olunmuş, bossia üzrə üçüncü “SENİ CUP” turniri keçirildi.

A30I7582A30I7742

Bu ilki iştirakçılarin sayı 60 nəfərə çatmışdı. İdmançılar beş kateqoriya üzrə mübarizə aparırdı.

Çempionatı təntənəli açılış ilə başladı və axşama qədər davam etdi. Bu il çempionata bir çox maraqlı və tanınmış qonaqlar təşlif buyurdu. Açılışda Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti- İlqar Rəhimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, Mərkəzi Asiya və Qafqazda "SENI" markasının koordinatoru - Mixail Kopaç, "Neftçi" nin Müşahidə Şurasının rəhbəri - Çingiz Abdullayev, Milli Məclisin deputatı - Qənirə Paşayeva,  Azərbaycanlı paralimpialı cudoçu, ikiqat paralimpiya oyunları çempionu - İlham Zəkiyev, "Qarabağ" futbol komandasının baş məşqçisi - Qurban Qurbanov, Qazaxıstan Milli Paralimpiya Komitəsinin nümayəndəsi - Erik Ilyasov və bir çox başqa qonaqlar iştirak edib.

Çempionatı təşkil etmək üçün Türkiyədən beynəlxalq səviyyəli məşqçi və təşkilatçı Nihat Yılmaz dəvət olunub. Onun ruh yüksəkliyi və həvəsi sayəsində bir il ərzində Azərbaycan Bossiası çoxlu sayda yeni oyunçuları və yeni - BC3 və BC5 kateqoriyalarını əldə etdi. Yada salırıq ki, bu beyin iflici, ağır USP olan və daha ağır əlilliyi olan insanlar üçün yeganə idman növüdü.

Bu ilki qaliblər:

BC1
1-ci yer - Tahir Zülfüqarlı,
2-ci yer - Ülkər Əsgərova,
3-cü yer - Əli Əhmədov.
BC2
1-ci yer - Sona Agayeva
2-ci yer - Günel İslamova,
3-cü yer - Rüfət Bayramov.
BC3
1-ci yer - Əmrah Rəhmanov,
2-ci yer - Mehman Pənahlı,
3-cü yer - Elşad İbrahimov.
BC4
1-ci yer – Xəyal İslamov,
2-ci yer - Behruz Mirzəyev,
3-cü yer – Xəyal Hüseynli.
BC5
1-ci yer - Şəhriyar Hacıyev,
2-ci yer – Letafət Rzayeva,
3-cü yer - Ülkər Şərifova

 Seni komandası qalibləri təbrik edir və onlara uğurlar arzulayır!

Ünvan:
г. Баку
İş rejimi:
Пн-Сб 9:00-21:00