Главная \ Seni Cup \ Seni Cup 2017

Seni Cup 2017

Seni şirkətinin sosial cavabtehlik proqramı çərçivəsində dünyanın bir çox  ölkələrində əqli zəif insanlar üçün mini futbol üzrə “Seni Cup” turniri keçirilir. Azərbaycanda artiq dördüncü ildir ki, bu turnir fiziki məhdudiyyəti olan insanlar üçün boccia-paralimpiya idman növü üzrə keçirilir.

Noyabrın 24-də Milli Paralimpiya Komitəsinin dəstəyi ilə Sumqayıt Paralimpiya İdman Kompleksində IV “SENİ CUP” turniri keçirilib. "SENI CUP" turnirində 17 rayon və şəhərdən 18-30 yaş arasında olan, ümumilikdə, 60-dan çox idmançı mübarizə aparıb. Artıq Azərbaycanda bu oyun dahada peşəkar xasiyyət alır və bu il turnir 4 gün keçirildi. 3 gün seçmə turlar və bir gün - final Sumqayıt Paralimpiya kompleksində.

_MG_8588

Turnirin açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, birinci vitse–prezident Natiq Qasımov, deputat Sona Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, həmçinin digər dövlət qurumlarının əməkdaşları və idmançılar iştirak ediblər.

Bildirilib ki, boccia mənşəyi İtaliyadan gələn bir idman oyunudur. 1984-cü ildə paralimpiya idman oyunlarına daxil edilib və 32 il ərzində 50 ölkəyə yayılıb. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi artıq 4 ildir ki, boccia idman növünün təbliğinə başlayıb. Boccia fərdlər, cütlər və ya üç komanda tərəfindən ifa edilə bilər. Artıq ölkəmizdə kifayət qədər məşhurlaşan bu idman növünə maraq gündən-günə artmaqdadır.

Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə bütün ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və hətta yaşlılar da güclərini sınaya bilərlər.

Maraqlı mübarizə şəraitində keçən turnirin yekununda qaliblər mükafatlandırılıb.

 

BC 1

BC 2

BC 3

BC 4

BC 5

I yer

Q.Könül

A.Sona

H.Emin

M.Bəhruz

H.İlkin

II yer

H.Nigar

Q.Rüstəm

R.Əmrah

I.Xəyal

H.Asim

III yer

Q.Mətanət

B.Rüfət

H.Qafqaz

M.Yusif

Ə.Ramid

 

 

Ünvan:
Bakı şəhəri
İş rejimi:
Şənbə-bazar 9:00-21:00