« НазадQəyyumluq konfransı 19.01.2015 23:37TZMO şirkəti 1998-ci ildən etibarən Uzunmüddətli Qəyyumluq üzrə Torun Günlərinin – ağır xəstələrə, əlillərə və ahıl yaşlı insanlara qulluq sahəsində çalışan beynəlxalq peşəkarlar görüşlərinin təşkilatçısıdır. Uzunmüddətli Qəyyumluq üzrə Torun Günləri çərçivəsində idarəçi kadr heyəti, tibb işçiləri və uzunmüddətli qəyyumluq və sosial yardım müəssisələrində çalışan terapevtlər üçün beynəlxalq konfrans və xəstəxana tibb heyəti üçün simpozium keçirilir. Hər il bütün Avropadan minə yaxın iştirakçı toplayan və Polşada keçirilən bu tədbir uzunmüddətli qəyyumluğa həsr olunmuş yeganə elmi hadisədir. Iştirakçılar - xüsusən, cəmiyyətin qocalması baxımından uzunmüddətli qəyyumluq təcrübəsinin dünya miqyasında inkişaf etdirilməsinin vacibliyini ictimai və hakim orqanlarının diqqətinə çatdıran və bu istiqamətdə kifayət qədər səy göstərən aparıcı mütəxəssislərdir. Həmin insanların sayəsində peşəkar qulluğa ehtiyacı olan insanların müvafiq yardımla təmin olunması məsələsi daha geniş müzakirə olunur. Torun görüşlərində peşəkarların iştirakı uzunmüddətli qəyyumluğun polşa modelini və xidmət standartlarını müzakirə etmək, polyak və xarici qəyyumluq müəssisələri arasında təcrübə mübadiləsi aparmağa imkan yaradır.
Uzunmüddətli Qəyyumluq üzrə Torun Günləri hər il sentyabrda keçirilir. Iştirak etmək istəyənlərin hamısını www.tdod.pl internet səhifəsinə dəvət edirik. |