« НазадXəstələrin daşınması və hazırlanması 06.11.2013 02:03Xəstə insan üçün təcili yardım maşınında xərəkdə uzanıqlı vəziyyətdə daşınma ciddi sınaqdır və, xüsusi hazırlıq tələb edir. Nə etmək lazımdır? Təcili yardımı qabaqcadan çağırmaq, xəstəni evdə həkim təyinatına uyğun hazırlamaq, ürək fəaliyyəti, arterial təzyiq, travma və ya xəstəliyi ilə əlaqədar prosedurlara nəzarət etmək. Xəstəni mənən hazırlamaq, daşınılma zəruriyyətini və təhlükəsizliyini izah etmək çox vacibdir. Daşınan gün xəstəni çox yedirməyin ki, avtomobildə olan zaman qusma baş verməsin. Dərmanları, şəxsi gigiyena vasitələrini, digər əşyaları hazırlamaq. Təcili yardım maşını gəlməzdən əvvəl xəstənin sidik kisəsi və bağırsağını boşaltmaq, üst geyimini hazırlamaq, amma, həkim gələnə qədər geyindirməmək. Yataq xəstəsini daşımazdan əvvəl bez geyindirmək lazımdır. Xəstənin şəxsiyyət vəsiqəsi və tibbi sənədlərini götürmək. Avtomobilin içində xəstəyə rahat vəziyyət vermək, qayışla xərəyə bağlamaq, əşya çantalarını keçidi tutmamaq şərti ilə maşına qoymaq lazımdır. Hərəkət vaxtı xəstəyə yemək və su vermək olmaz! Daşınma zamanı xəstəyə qida, su və ya dərman vermək zəruriyyəti yaranırsa, avtomaşını saxlamaq üçün həkimə müraciət etmək lazımdır. Xəstəni müşayiət edən qohumlar tutacaqlardan tutmalıdır. Ünvana çatarkən maşını yalnız tam dayandıqdan sonra tərk etmək olar. Sonra çantaları çıxarmaq, mənzilə aparan bütün qapıları tam açmaq və keçidləri boş saxlamaq lazımdır. Daşınıldıqdan sonra həkim xəstəni təkrar müayinə edir və müvafiq tövsiyyələri verir. |