« Назад
Yaşlı valideynlər: ağırlaşmanın 15 təhlükəli əlaməti 19.01.2015 06:33
Qocalıq demensiyası (əqli zəiflik) yüngül, orta və ağır dərəcəli olur. Yüngül forma zamanı əmək vərdişləri zəifləyir, sosial fəallıq azalır. Orta dərəcəli hallarda məişət əşyalarından istifadə vərdişləri itirilir, ağır hallarda isə insan tam dezadaptasiya vəziyyətindədir, sərbəst qidalana yaxud yuyuna bilmir. Bəla ondadır ki, qocalıq demensiyası getdikcə ağırlaşan xəstəlikdir və, yaşlı valideynlərlə daimi ünsiyyət olmasa, onun inkişaf etməsini duymaq çətindir. Zahirən xəstələr uzun müddət adi görkəmini saxlayır, normal danışır və özünü şəraitə uyğun aparır. Demensiyanın bir sıra başlanğıc əlamətləri var.
Həyəcan siqnalları
- Korlanmış qida tullanılmır. Ifrat dərəcəli “qənaətçillik” mühafizəkarlıq və tərslik ilə birlikdə başlanan demensiya əlamətidir.
- Vacib görüşlər buraxılır. Tədricən sosial adaptasiya itir və, hələ yaxınlara qədər məsuliyyətli olan insan vacib görüşü unudur ya da əhəmiyyət vermir. Demensiya şəxsiyyəti dəyişir: insan təkliyə can atır, süstləşir, məsuliyyət hissini itirir.
- Yaşlı insanın idarə etdiyi avtomobilin üzərində müəmmalı cızıqlar və qopuqlar əmələ gəlir.
- Bədənində necə əmələ gəldiyini izah edə bilməyən qançırlar və sıyrıntılar yaranır. Demensiya zamanı görmə-məkan funksiyaları pozulur – hətta, yaxşı görmə şəraitində belə gözlərin önündə təsvir yayılır, paltar, məişət əşyalarından istifadə vərdişləri zəifləyir, əşyalar seçilmir. Kiçik travmalar dərhal unudulur.
- Nevroloji funksiyaların pozulması səbəbindən yaşlı insan oturaq vəziyyətdən qalxa bilmir.
- Ağır hərəkət edir, yeriyir, müvazinəti itir.
- Adi hərəkətləri yerinə yetirməyə tərəddüd edir.
- Unutqanlıq. Qısa və uzun yaddaşın pozulması – qocalıq demensiyasının ilk əlamətidir.
- Bədəndən pis qoxunun gəlməsi.
- Evdə sidik qoxusunun duyulması.
- Çirkli ev və səliqəsiz yataq. Şəxsi gigiyena gözlənilmir, ev səliqəsizdir, natəmizdir. Insan ətraf mühitə uyğunlaşmır, özünə qapanıb.
- Kommunal xidmətlər ödənilmir.
- Əvvəllər həyatın mənasını təşkil edən məşğuliyyətlərə marağın itməsi: iş, həvəs, nəvələr və s.
- Çəkinin azalması. Qidaya maraq itir, qida kasad və yeknəsəq olur.
- Ovqatın birdən-birə dəyişməsi.
Nə etmək lazımdır?
Və, nəhayət, valideynlərdən birinə “demensiya” və ya “Alsgeymer xəstəliyi” diaqnozu qoyulub. Bu xəstəliklər sağalmazdır, amma, xəstənin vəziyyətini yaxşılaşdırmaq mümkündür. Fiziki və psixi yükə davamlılığı artıran, beyin qan dövranını yaxşılaşdıran, xəstəni sakitləşdirən preparatlar təyin edilir. Terapevtik müalicə kursuna sosial davranışı normallaşdıran psixoterapiya daxildir.
Belə xəstələrə qulluq və gigiyena qaydalarına riayət etmək xüsusi əhəmiyyətli məsələdir. Gəzinti, hərəkətə ehtiyac duyan bu xəstələr bunu sərbəst edə bilmir, məişət travmatizminə məruz qalır, küçədə isə itə bilir.
|