Главная \ Faydalı məsləhətlər \ Məqalələr \ Ağır və yataq xəstələrinə qulluq vasitələri

Məqalələr

« Назад

Ağır və yataq xəstələrinə qulluq vasitələri  06.11.2013 06:03

Ilk dəfə ciddi xəstəliklə üzləşmiş və təcrübəsiz insanlar yaranan fəsadlar qarşısında aciz qalır.f2355842c82dbc0d7727ab4b06479337

Xəstəyə qulluq haqqındakı təsəvvürlər və bu işin praktiki tərəfi biri-birindən fərqlənir. Ağır pasiyentlərə qulluq məqsədi ilə bir sıra ləvazimat var ki, onlarsız aparılan qulluq keyfiyyətsizdir və, xəstənin psixoloji və fiziki durumuna mənfi təsir göstərir.

Hər bir az hərəkətli və ya tam hərəkətsiz pasiyentin ehtiyac duyduğu qulluq vasitələrinin qısa siyahısını təsvir edirik:

  1. Utka və ya ləyən (sidik qabı) – xəstənin cinsindən asılı olaraq. Yataq xəstəsinin fizioloji ehtiyaclarının ödənilməsi üçün zəruri ləvazimat. Orta qiyməti - 10 AZN.
  2.  Yataqyarası əleyhinə döşək-massaj hərəkətləri hesabına toxumaların qan təchizatını yaxşılaşdırır və yataq yaralarının yaranma ehtimalı əhəmiyyətli dərəcədə azalır. Döşəyin orta qiyməti 120 AZN. 
  3. Diyircəkli kreslo. Pasiyentin yerdəyişməsi və gəzintisi üçün lazımdır. Orta qiyməti - 130 AZN.
  4. Tayaqlar. Kənar şəxslərin köməyi ilə yeriyə bilən pasiyentlərin  yerdəyişməsi üçün dayaq funksiyası daşıyır. Həm otaqda hərəkət etməyə, həm də aşağı ətraf əzələ və oynaqlarının məşqi üçün inkişaf etdirilməsinə imkan yaradır. Orta qiyməti - 70 AZN.
  5. Böyüklər üçün bezlərəskilər. Yataq xəstələri üçün zəruri qulluq vasitəsidir. Sidik-cinsiyyət orqanlarına ümumi gigiyenik qulluğu təmin edir.  Orta qiyməti 15-20 AZN.
  6. Dezinfeksiya vasitəsi. Pasiyentlərin dərisinə, xüsusən, yataq yaraları və digər yaraların əmələ gəlmə ehtimalı yüksək olan sahələrə daimi qulluq üçün nəzərdə tutulub.
  7. Xəstənin koçirilməsi üçün alət. Pasiyentin əlil arabasından çarpayıya, vanna otağına və əksinə keçirilməsini xeyli asanlaşdırır. Orta qiyməti - 50 AZN.
  8. Tibbi başaltı. Yataq xəstəsinin baş və bədən vəziyyətini dəyişməyə imkan yaradır. Gigiyenik prosedurların yerinə yetirilməsini, qida qəbulunu asanlaşdırır.   Orta qiyməti - 70 AZN.
  9. Yataqyarasıəleyhinə halqa və ya balınc. Büzdüm, oma, pəncə nahiyyəsində yataq yarası və sürtünmədən qoruyur.  Orta qiyməti -  12 AZN.
  10. Gigiyenik salfetlər. Pasiyentin dərisinin silmək və bununla da gigiyena və mikrobaqarşı profilaktikanı təmin etmək məqsədi ilə istifadə edilir. Orta qiyməti - 5 AZN.

   Yuxarda göstərilən sıyahıdaki yataq xəstələri üçün nəzərdə tutulmuş qulluq vasitələri, xəstənin lazımı keyfiyyətli qulluqunu təmin edir. Əlbəttə ki, hər hansı bir vəziyyətdə, xəstəyə qulluq üçün bu və ya digər vasitə daha çox lazım ola bilər. Əsas odur ki, həmən vəziyyətdə lazım olan vasitədən istifadə olunsun. Həmçinin, düzgün qulluq və istifadə biliklərindən düzgün yararlanmağa fikir vermək lazımdır.

Saytda baxım məhsullarını  linkə daxil olmaqla  və ya (055) 515-83-05 telefonu ilə sifariş edə bilərsiniz:

Seni lady - uroloji qadın bezləri
Super Seni (gündüz) bezləri
Seni Active hopduran tumanlar
Seni Soft basic birdəfəlik hopduran mələfələr
Yataq yarası əlehinə döşək
Sink oksidli qoruyucu krem
Baxıcı xidməti



Ünvan:
Bakı şəhəri
İş rejimi:
Şənbə-bazar 9:00-21:00