Insan şüuru – təsvir və anlayışlar vasitəsilə gerçəkliyin ümumiləşdirilmiş və subyektiv əksinin ali formasıdır.
Şüurun ayrılmaz əlamətləri: nitq, təsəvvür, təfəkkür və ətraf mühitinümumiləşdirilmiş nümunəsini yaratmaq qabiliyyəti. Şüur strukturu hər biri müəyyən bir funksiyanı yerinə yetirən bir sıra elementlərdən ibarətdir:
- Idrak prosesləri (duyğu, qavrama, düşünmə, yaddaş). Onların əsasında ətraf mühiq haqqında biliklər formalaşır.
- Subyekt və obyektin fərqləndirilməsi (özünü ətraf mühitə qarşı qoymaq, “mən” və “qeyri-mən”). Buraya özünüdərk, özünü tanıma və özünü dəyərləndirmə aiddir.
- Insanın özünə və ətraf mühitə olan münasibəti (onun hissləri, təəssüratları)
- Kreativ (yaradıcı) komponent (təxəyyül, təfəkkür və intuisiyanın təsiri altında şüurda əvvəllər olmayan yeni təsvir və anlayışlar formalaşır)
- Dünyanın müvəqqəti təsvirinin formalaşması (yaddaş keçmiş təsvirləri saxlayır, təxəyyül gələcəyin nümunələrini yaradır)
- Fəaliyyət məqsədləri (insan tələbatlarına uyğun şüurda formalaşan fəaliyyət məqsədləri onların həyata keçməsinə yönəlir)
Nəzərə alsaq ki, şüur beyinin müəyyən və geniş sahələrində baş verən neyrofizioloji proseslərin nəticəsidir (beyin qabığı, talamo-kortikal strukturlar, limbik sistem, beyin kötüyünün retikulyar formasiyası). Bu səbəbdən, beyində baş verən orqanik dəyişikliklər (stress, yaş və ya xəstəlik) hüşün müxtəlif pozuntuları ilə müşayiət olunur.
Huşun pozulması növləri
Aydın şüur |
Patoloji şüurnövləri |
yaradıcı işıqlandırma |
qarışıq şüur |
ruhlanma |
keyləşmə (obnubilyasiya, somnolentlik, sopor) |
aydın şüur |
|
relaksasiya |
koma |
oyanış (yuxulama) |
sayıqlama və qarabasma |
Aydın şüur – insan suallara tez və konkret cavab verir
Qarışıq şüur – pasiyent suallara düzgün, amma, gec cavab verir
Keyləşmə (sinonim: keyləşmə, keyləşmiş şüur sindrom) — bütün xarici qıcıqların davamlılıq həddinin artması, ruhi proseslərin ləngiməsi və çətinləşməsi, təsəvvürlərin kasadlığı, məkan oriyentasiyasının pozulması ya olmaması. Keyləşmə müxtəlif zəhərlənmə, kəllə-beyin travmaları, şiş, iltihabi proseslər, baş beyin qan dövranının pozulması və s.
Obnubilyasiya (yüngül keyləşmə) – aydın şüur dövrünün ətrafın dumanlı qavrayışı ilə əvəz olunması, xəstənin süstləşməsi, təmasın pozulması
Somnolentlik (daha dərin və davamlı keyləşmə), gerçəklik çətinliklə qavranılır. Xəstə yarıyuxulu vəziyyətdədir. Adi göstərişləri çətinliklə və ləng yerinə yetirir, nitqi və hərəkətləri süstdür, yalnız güclü qıcıqlara və zəif cavab verir (parlaq işıq, uca səs).
Sopor (dərin keyləşmə) – patoloji yuxu. Xəstə hərəkətsiz uzanıqlı vəziyyətdədir, gözləri yumuludur, şifahi təmas mümkün deyil. Güclü qıcıq qoruyucu səs reaksiyası yaradır.
Koma – huşsuz patoloji vəziyyət. Hətta ən güclü qıcığa qarşı cavab reaksiyası yoxdur. Daha çox kəllə-beyin travmaları, beyin şişləri, şəkərli diabet, insult, uremiya, intoksikasiya şəraitində inkişaf edir. Yüngül dərəcəli koma vaxtı xəstələr ağrı stimuluna cavab verir. Bəbək refleksi saxlanılıb.
Sayıqlama və qarabasma - ağır intoksikasiyalar (yoluxucu xəstəliklər, ağır gedişatlı ağ ciyər vərəmi, pnevmoniyalar zamanı) zamanı qeyd olunur.