Xəstəyə nəzarət
Xəstənin vəziyyətinə daimi nəzarət etmək çox vacibdir. Pasiyentin vəziyyətini qiymətləndirmək, xəstəliyin gedişatını izləmək və vaxtında lazımi tədbirlər görmək məqsədilə müşahidə gündəliyi aparmaq məsləhətdir.
Vacib məlumat! Təzyiq, nəbz və tənəffüs göstəriciləri insan sakıt vəziyyətdə olarkən daha dəqiqdər. Fiziki yük, yorğunluq, qida qəbulu göstəriciləri pozur.
- Fiziki göstəricilər: boyu, bədən çəkisi, ödemlər (lokalizasiyası)
- Üzün ifadəsi: iztirablı, şişkin, həyəcanlı, dəyişiksiz, əzablı, rahat, etinasız və s.
- Huşu: aydın, huşsuz, dolaşıq, stupor, sopor, koma, sayıqlama, qarabasma
- Yataqdakı vəziyyəti: aktiv, passiv, məcburi
- Dəri və görünən selikli qişaların vəziyyəti: rəngi, elastikliyi, nəmliyi, qüsurlar, səpgi, çapıq, qaşıma yerləri, qançır (lokalizasiyası), şişkinlik ya pastozluq, dəri solğun, hiperemiya, sianoz (göyərmə), sarılıq, quruluq, qabıqlanma və s.
- Sümük-əzələ sistemi: skeletin, oynaqların deformasiyası, əzələlərin atrofiyası, əzələ tonusu (saxlanılıb, yüksək, aşağı)
- Bədən temperaturu: norma daxilində, subfebril, febril (qızdırma)
- Tənəffüs sistemi: tənəffüs sayı (TS)
- Tənəffüsün xüsusiyyətləri:
- tipi (döş qəfəsi, qarın, qarışıq)
- ritm (ritmik, aritmik)
- dərinliyi (səthi, dərin)
- tezləşmiş, ritmik, səthi (taxipnoe – tənəffüs sayı dəqiqədə 20-dən yuxarı)
- yavaşımış, ritmik, dərinləşmiş (bradipnoe – tənəffüs sayının dəqiqədə 16-dan az olması)
- normada (1 dəqiqədə 16-18 tənəffüs hərəkəti, səthi, ritmik)
10. Arterial təzyiq (AT): hər iki qolda, hipotoniya, normotoniya, hipertoniya
11. Nəbz: dəqiqədə vurğuların sayı, ritmi, dolğunluğu, gərginliyi. Normada nəbz 1 dəq. 60-80 vurğuya bərabər, kafi dolğunluqda və gərginlikdə olur.
12. Təbii ifrazat sistemi:
- sidik ifrazı (tezliyi, miqdarı, sidikqaçırma, kateter, sərbəst)
- stul (sərbəst, mütəmadi, keyfiyyəti, kalopriyomnik, kolostoma)
13. Qidalanma qabiliyyəti: iştahı, çeynəmənin pozulması, ürəkbulanma, qusma
14. Hissiyyat orqanları: eşitmə, görmə, iybilmə, toxunma hissi, nitq
15. Yaddaş: saxlanılıb, pozulub
16. Eynək, linza, eşitmə aparatı, çıxarılan diş protezləri
17. Yuxu: gündüz yatmaq ehtiyacı, gecə yuxusuzluq
18. Hərəkət etmə qabiliyyəti: sərbəst, kənar şəxslərin köməyi ilə və s.