Bakıda hərəkət məhdudiyyəti olan insanlar üçün Boccia idman növü üzrə turnir keçirilir. Sizdən onlara dəstək olmağı xahiş edirəm. Bunun üçün sadəcə dekabrın 18-ə saat 14:00-da Abu Arenaya gəlmək lazımdır. Giriş sərbəstdir.
Azərbaycanda Seni Cup turnirin təşkilatçısı Polşanın sarğı materiallarını, gigiyenik və tibbi məhsullarının istehsalçi şirkəti olan TZMO SA Azərbaycan Milli Paralimpiya Komitəsi ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər və İdman Nazirliyi dəstəyi ilə keçirilir.
TZMO SA bir necə sosial təşəbüsləri dəstəkləyir və həyata keçirir, onların arasında hərəkət məhdudiyyəti olan insanlar üçün minifutbol üzrə Seni Cup turniridir. Bu turnir 22 il öncə Polşada başlanmışdı. Bu gün bu turnir Polşa, Ukrayna, Russiya, Çexiya, Slovakiya, Almaniya, Latviya, Litva, Macaristan və Belorussiya kimi ölkələrdə keçirilir.
Azərbaycanda Seni Cup turnirinin tarixi Boccia Paralimpiya İdman növü üzrə 6 dekabr 2014 ildə başladı.
Boccia – paraolimpiya idman növüdü. Boccianın özəlliyi ondadı ki, bu idman növü ilə ciddi hərəkər dayağ pozuntusu olan və əlil arabasına məhküm olmuş insanlar hansılara ki, başqa idman növü əl çatmazdır məşqul ola bilərlər.
Əvvəldən bu idman növü uşaq serebral paralici olan insanlar üçün nəzərdə tutulmuşdu, sonradan buna müxtəlif sensor-motor funksiyasının xəstəliyi olan insanlarda əlavə olundu.
Bu gün bütün dünyada xüsusi təlabatı olan insanlara yardım, onlar üçün rahat həyat şərtlərinin yaradılması, mənəvi dəstək və ictimayətə inteqrasiyası əsas dəyərlərdən birinə çevirilir. İdman – terapiyanın əla növüdür, o fiziki formanın inkişafını təmin edir, davamlılığa və kollektiv iş birliyinə öyrədir.
Öz aralarında yarışaraq iştirakçilar özlərini proffesional idmançı hiss edib, öz güclərinə inanırlar. Seni Cup çərçivəsində keçirilən idman oyunları gündəlik həyatdan ayrılaraq, öz qabiliyyətlərini göstərərək , cəmiyyətin tam üzvi hiss edirlər.
Hamını dekabrın 18-i saat 14:00 –da Abu Arenada gözləyirik.