Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi "SENİ" firmasının dəstəyi ilə 18 dekabr 2015-ci il tarixində Azərbaycanda yeni yaranmış BOCCİA idman növü üzrə II "SENİ CUP" turniri keçirilmişdir. Baş sponsor – sarğı materialları, gigiyenik və tibbi məhsulları istehsalçisı olan Polşa TZMO SA zavodunun təqdim etdiyi Seni markası. BOCCİA idman növü Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə 2 ildir ki Azərbaycanda təbliğ olunur və bu müddət ərzində respublikada 7 təlim mərkəzi yaradılmışdır.
BOCCİA idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində, populyarlıq qazanaraq, 50 ölkədə keçirilir və surətlə inkişaf edir.
"SENİ CUP" turnirində BC1, BC2 və BC4 kateqoriyalarında Uşaq Paralimpiya Komitəsinin, " Əlil İdmançılara Dəstək", "Gülsam", "İstedadlı Əlillər" ictimai birliklərinin, "Sağlamlıq imkanları məhdud gənclərin peşə və reabilitasiya" mərkəzinin, "Sun Light" idman klubunun və 1 saylı saglamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət muəssisəsinin yetirmələri olmaqla, ümumilikdə 32 idmançı mübarizə aparmışdır.
Turnirdə Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında QHT-na dəstək şurasının, Azərbaycan Milli Paralimpiya Komitəsinin, bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. İdmançılara dəstək vermək üçün Mərkəzi Asiya və Qafqaz üzrə "SENI" firmasının koordinatoru cənab Mixail Kopaç və Turkiyənin BOCCİA idman növü üzrə baş məşqçisi Nihat Yılmaz təşrif buyurmuşdular. Açılışda ARMPK-nin Prezidenti cənab İlqar Rəhimov çıxış edərək BOCCİA idman növünün Azərbaycanda sürətlə inkişaf etdiyini qeyd etmiş, 2020-ci ildə Tokioda keçiriləcək Yay Paralimpiya oyunlarında bu idman növü ilə də təmsil olacağını bildirmiş, idmançılara uğurlar arzulayaraq II "SENI CUP" turnirini açıq elan etmişdir.
5 saat davam edən gərqin mübarizədən sonra BC-1 kateqoriyasında Rəşidli Arzu bürünc, Səlimov Samir gümüş, Səlimova Gülnarə qızıl, BC-2 kateqoriyasında Cəfərova Aygün bürünc, Hüseynov Asim gümüş və Bayramov Rüfət qızıl, BC-4 kateqoriyasında isə Quliyeva Çimnaz bürünc, İslamov Xəyal gümüş və Kərimli Fariz qızıl medala sahib olmuşlar.
Qaliblər diplom, medal və kubok ilə təltif edilmişdir.
Boccia – paraolimpiya idman növüdü. Boccianın özəlliyi ondadı ki, bu idman növü ilə ciddi hərəkər dayağ pozuntusu olan və əlil arabasına məhküm olmuş insanlar hansılara ki, başqa idman növü əl çatmazdır məşqul ola bilərlər.
Əvvəldən bu idman növü uşaq serebral paralici olan insanlar üçün nəzərdə tutulmuşdu, sonradan buna müxtəlif sensor-motor funksiyasının xəstəliyi olan insanlarda əlavə olundu.
Boccia – 4 kateqoriya bölünür. 3-cü kateqoriyada ümiyyətlə topu özləri ata bilməyən insanlar daxildir. Onlar üçün xüsusi maili qurğudan istifadə olunur. Bu kateqoriyada olan insanlara köməkçidən istifadəyə icazə verilir.