BOCCİA idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində, populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və surətlə inkişaf edir. Azərbaycan idmanı üçün yenilik olan BOCCİA idman növündə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar öz güclərini sınaya biləcəklər. Professional idmançı olmaqla yanaşı, BOCCİA idman növü, fiziki güclə bərabər zehin əməyi də tələb etdiyinə görə, həm də reabilitasiya xarakteri daşıyır. BOCCİA idman növünün üstünlüyü ondan ibarətdir ki, əlləri işləməyən sağlamlıq imkanları məhdud olan uşaq və gənclər də bu idman növü ilə məşqul olub, paralimpiyadada iştirak edə bilərlər
.
Azərbaycanda BOCCİA idman növü Milli Paralimpiya Komitəsinin və Peşə Reabilitasiya Mərkəzi tərəfindən Azərbaycanda təbliğ olunur . İlk BOCCİA komandası 3 saylı uşaq interəzinat evində , ikinci komanda Gənc Əlillərin Peşə Reabilitasiya Mərkəzində yaradılıb.
06 dekabr 2014-cü il tarixində ABU arena idman zalında ilk dəfə Azərbaycanda BOCCİA idman növü üzrə Milli Paralimpiya Komitəsi və Əlil İdmançılara Dəstək birliyi "SENİ" firmasının dəstəyi ilə "SENİ CUP" turniri keçirilmişdir. Turnirdə 18 oyunçu BC 2 və BC 3 kateqoriyasında iştirak etmişdir.