30 sentyabr - 1 oktabr Xətai r-nu sosial xidmət işçilərinə "Müasir üsullarla yataq xəstələrinə qulluq" təlimi Seni ticarət markasının vasitəsilə keçirilmişdir.
Qocalıq - itirilmiş dostlar üçün qəmlənmək, ötən illər üçün darıxmaq, yuxusuz gecələr və ağır xəstəliklər deməkdir. Ən qorxulusu isə qocalığı tənhalıqda keçirməkdir. Sözün əsl mənasında su verən kimsəyə ehtiyac duyulur.
Çox təəsüf ki, bizim aramızda belə tənha insanlar az deyil. Evdə sosial xidmət işçilərinin ilk vəzifələrindən biri ondan ibarətdir ki, tənha insanların çətinliklərinə yardım etmək və özlərini tənha hiss etməmək üçün yardım etməkdir.
Ahıl və əllil əhaliyə xidmət evdə sosial xidmət işçiləri tərəfində icra olunur. Sosial işçi kimdir? Bu vəzifənin adı quru, anlaşılmaz və maraqsız şəkildə səslənir. Lakin "sosial işçi" söz birləşməsinin altında həqiqətən bir ömür gizlənir. Sosial işçi - böyük qəlbli və ürəkli insandır. Sosial işçi olmaq - sevməyi bacaran, şəfqətli və ürəyi yanan olmağı bacarmaq deməkdir. Sosial işçi - neyinki öz işini yaxşı bacaran, həmdə ahılların və qocaların bir yaxını, dostu olmalıdır.
Bu işlə məşğul olmaq insanın içindən qəlməlidir, çünki əks tədqirdə bacarmaq mümkün deyil.
Bu əməyinizə görə sizə dərin minnətdarlığımızı bildiririk.