Xəstənin başını hündür vəziyyətdə saxlayın, amma, boynu əyilməsin (çiyinləri və başın altina balınc qoyun).
«Təcili yardim» çağırın paltarin yaxasını açın
Pəncərə nəfəsliyini açın ki, təmiz hava gəlsin. Oksigen balonu varsa, ondan istifadə edin.
Xəstənin huşu itirsə, nəfəs yollarını açıq saxlayın:
- xəstəyə baş tərəfindən yaxınlaşın
- hər iki tərəfdən alt çənəsinin bucaqlarını əlinizlə tutun, özünüzə və yuxarı tərəfə çəkin
Qusma vaxtı:
- Xəstəni böyrü üstə çevirin ki, qusuntu kütləsi tənəffüs yollarına keçməsin
- ağız boşluğunu qusuntudan təmizləyin
- diş protezlərini çıxarın
Xəstənin udma qabiliyyəti pozulmuşdursa, maye və, xüsusən, dərman vermək olmaz.
Udma qabiliyyəti pozulmayıbsa, 30 dəqiqə fasilə ilə dilin altına bir neçə (2 – 4ədəd) tablet qlisin qoyun
Xəstənin arterial təzyiqini ölçün:
- AT 190/110 mm с st-dan çoxdursa, təzyiqi azaldan dərman vermək lazımdır (nifedipin dil altına), amma, ehtiyatla. Arterial təzyiqi birdən-birə çox endirmək olmaz.
- «Təcili yardim» gələn kimi xəstə hospitalizasiya olunmalıdır.
Xəstəni xərəyə düzgün uzatmaq lazımdır:
- hemorragik insultdursa – baş tərəfi hündür olmalıdır;
- işemik insultdursa – başını qaldırmaq lazım deyil;
- pilləkənlə qalxarkən xəstə başı ilə irəli, enərkən - ayaqları ilə irəli aparılır.
Adi «təcili yardım» maşınında koma vəziyyətində olan xəstəni daşımaq olmaz. Mütləq reanimobil çağırılmalıdir.