Yaranma səbəbləri
Yataq yaraları – davamlı və təkrar təzyiq nəticəsində dəri və dərialtı toxumaların zədələnməsi, toxumaların işemiyası və nekrozu deməkdir. Yataq yarasının yaranma ehtimalı təzyiqin təsir gücü və zamanından asılıdır – təzyiq nə qədər güclü və uzun olarsa, yataq yarası ehtimalı o qədər yüksəkdir
Sağlam insanlarda davamlı təzyiq ağrı törədir və, bədənin vəziyyətini dəyişmək ehtiyacı oyadır. Huşsuz və hərəkətsiz pasiyentlərdə bədənin təzyiqə məruz qalan hissələrinin yükünü azaltmaq və qan dövranını yaxşılaşdırmaq imkanı yoxdur, odur ki, onlar yataq yaralarına görə yüksək ehtimallı risk qrupuna daxildir.
Yataq yaralarının yaranma patomexanizmi:
- bir tərəfdən, sümüyün, digər tərəfdən yatağın yumşaq toxumalara davamlı təzyiqi;
- bədən səthinin yataq ağlarına sürtünməsi, o cümlədən, xəstənin vəziyyətini yanlış üsul ilə dəyiən zaman;
- birbaşa xəstənin bədəninə təsir edən yan dartıcı qüvvələr.
Risk qrupları
Huşsuz və hərəkətsiz, yəni, fiziki aktivliyi məhdud, çox vaxtını çarpayıda yaxud əlil arabasında keçirən şəxslərdə yataq yaralarının yaranma ehtimalı daha yüksəkdir. Yataq yaralarının risk amilləri aşağıdakılardır:
- yaş;
- bədən çəkisi;
- qidalanma;
- sidik və nəcisqaçırma;
- huşun vəziyyəti;
- diabet;
- onurğa və baş beyini travmaları və xəstəlikləri;
- hormonal terapiya.
Əlamətlər
Xəstəliyin inkişaf mərhələsindən asılı olaraq, yataq yaraları 5 dərəcəyə ayrılır:
- I DƏRƏCƏ – dəri örtüklərinin tamlığı pozulmayıb. Təzyiq kəsildikdən sonra keçməyən davamlı dəri hiperemiyası (qızartısı), mikrosirkulyasiya hələ pozulmayıb.
- II DƏRƏCƏ – dəri örtükləri tamlığının səthi (dərin olmayan) pozulması, dərialtı piy təbəqəsinin prosesə cəlb edilməsi. Davamlı dəri hiperemiyası, mikrosirkulyasiya pozulub, vizual olaraq toxumaların iltihabı və ödemi aşkar edilir.
III DƏRƏCƏ – dəri örtüklərinin əzələ qatına qədər, əzələyə sirayət etməklə zədələnməsi. Qovuqların əmələ gəlməsi, yara kənarları hamardır, şişkinlik və qızartı var. Bütün yumşaq toxumaların zədələnməsi. Nekroz və yoluxma olmaya bilər, təmiz, qranulyasiyalı yara. Bəzi hallarda dərialtı piy təbəqəsinin və yaxın toxumaların nekrozu mövcuddur. Yara dibi nekrotik kütlələrlə örtülüb.
IV DƏRƏCƏ – nekroz, alt toxumaların üstünü açan (vətərlər, sümüyə qədər) boşluğun olması – pis qoxu və çoxlu miqdarda irinli ekssudat, yara boşluğunda parçalanma və nekroz mərhələsində olan toxumalar aşkar edilir.
Yerləşmə (lokalizasiya)
Yataq yaraları dərinin yataqla təmasda olduğu vaxt ən böyük təzyiq yerlərində əmələ gəlir. Bu, əsasən, oma sümüyü, büzdüm, sağrı, dabanlar və bud nahiyyələridir.
Şəkildə, xəstənin çarpayıda müxtəlif vəziyyətlərdə olarkən yataq yaralarının yarandığı yerlər göstərilib.
Yardım üçün kimə müraciyət etmək?
Yataq yaralarının müalicəsi həkim ya tibb bacısının nəzarəti altında aparılır. Bəzən, yaralar cərrahi müalicə tələb edir. Yataq yaralarının müalicəsi çətin və uzun prosesdir, onun daha az xərc tələb etməsi və səmərəli olması üçün intensiv, peşəkar terapiya ilə yanaşı həkim ilə pasiyentin sıx əməkdaşlığı lazımdır.
Müalicə qaydası
Müalicə həkim və ya tibb bacısının nəzarəti altında aparılır.
Müealicə yerli üsulla,sarğı vasitəsi ilə aparılır. Eyni zamanda, həkim təyinatı ilə medikamentoz və, zəruriyyət yarandığı halda, cərrahi müalicə də aparılır.
Müalicənin ən vacib şərti pasiyentə qulluqdur:
- yataq vəziyyətinin dəyişməsi – pasiyent yara üzərində uzanıqlı qalmamalıdır;
- xüsusi yataq yarası əleyhinə döşəklərin istifadəsi;
- yataq yarası əmələ gələ biləcək nahiyyələrin xüsusi vasitələrlə dayaqlanması;
- xəstənin düzgün qidalanması və dərisinin nəmləndirilməsi;
- yanaşı gedən xəstəliklərə nəzarət
Yataq yaralarının ən səmərəli müalicə üsulu nəm mühitdə yaraların sağalması üçün şərait yaratmaq məqsədi ilə xüsusi sarğılardan istifadə etməkdir.
Müvafiq effektli sarğının seçimi yara daxilində gedən proseslərin düzgün təyin edilməsinə əsaslanır. Bu işi asanlaşdırmaq üçün yaraların rəngli təsnifat matrisasından istifadə etmək olar. Həmin təsnifat növbəti sağalma mərhələsində baş verən proseslərə müşahidəyə əsaslanır.
Yaraların rəngli təsnifat matrisası:
Qara yaralar
Qara nekrozlu yaralara qulluq tələbləri:
- nəm mühitin yaradılması;
- yaranın sağalmasına təkan vermək üçün nekrotik toxumaların təmizlənilməsi
Qalın nekroz qatı altında sağalma baş tutmayacaq, odur ki, nekrotik toxuma təmizlənilməlidir. Bunun iki üsulu təklif edilir:
-
yaranın cərrahi təmizlənilməsi – nekrotik toxumanın mexaniki təmizlənilməsi, sağlam toxumalara yolun açılması;
interaktiv sarğıların istifadə edilməsi – autoliz, yəni, yaranın təbii təmizlənmə prosesini canlandıran xüsusi sarğının qoyulması. Bu halda yaranın sağalması zədələnmiş toxuma hüceyrələrinin hasil etdiyi fermentlərin təsiri altında keçir. Bu baxımdan, ən effektiv sarğılar Medisorb G kimi hidrogel sarğılardır.
Nekroz sahəsi yayılmış sarı yaralara qulluq tələbləri:
- nəm mühitin saxlanılması;
- nekrotik kütlələr qalıqları ilə birlikdə artıq ekssudatın hopdurulması
Nekroz sahəsi yayılmış yaralarda ifrazat çox əmələ gəlir. Yara dibindəki nekrotik toxuma yumşaq, duru vəziyyətdədir. Belə yaralar mikroorqanizmlərin inkişaf etməsi üçün çox münbit bir mühitdir, o səbəbdən, əksər hallarda infeksiyaya yoluxur. Sarğının qoyulması mümkün qədər çox ekssudat və nekrotik toxuma hopdurmaq, quru nekrozu nəmləndirmək, yaranı nəm saxlamaq, ikincili zədələnmədən qorumaq.
Sarı yaralar üçün tövsiyyə olunan sarğılar (ekssudatın miqdarı və yaranın dərinliyindən asılı olaraq):
- Medisorb A – kalsium-alginat tərkibli sarğı – orta ya çox miqdarda ekssudatlı səthi və ya dərin yaralar üçün
- Medisorb P – hopduran sarğı – orta ya çox miqdarda ekssudatlı səthi yaralar üçün
- nəm mühitin saxlanılması;
- ikincili yoluxmadan qorumaq;
- ekssudatın ifrazat dərəcəsinə nəzarət
Nəm mühitin saxlanılmasından başqa, belə yaraları mexaniki zədələnmə təhlükəsindən qorumaq lazımdır. Bu, çox vacib şərtdir, çünki, qranulyasiya qan damarları ilə əhatə olunub və, zədələnməyə asanlıqla məruz qala bilər ki, bu da sağalma prosesini ləngidir və infeksiyaya şərait yaradır. Ikinci vacib amil lazımi temperaturun saxlanılmasıdır (bədən temperaturuna yaxın) ki, yeni hüceyrələr tez inkişaf etsin.
Qırmızı yaralar üçün tövsiyyə olunan sarğılar (ekssudatın miqdarı və yaranın dərinliyindən asılı olaraq):
- Medisorb A – kalsium-alginat tərkibli sarğı – orta ya çox miqdarda ekssudatlı səthi və ya dərin yaralar üçün
- Medisorb P – hopduran sarğı – orta ya çox miqdarda ekssudatlı səthi yaralar üçün
-
Medisorb H – hidrokolloid sarğı - orta ya çox miqdarda ekssudatlı səthi yaralar üçün
Çəhrayı yaralar
Epitelizasiya fazazının çəhrayı yaralarına qulluq tələbləri:
- nəm mühitin saxlanılması;
- zərif toxumaların qorunulması
Yara epitelləşməyə başlayanda qurumadan, sürtülmədən və, təzə toxumanın təkrar zədələnməsinə səbəb ola biləcək başqa təsirlərdən qorunulmalıdır.
Çəhrayı yaralar üçün tövsiyyə olunan sarğılar (ekssudatın miqdarından asılı olaraq):
- Medisorb H – hidrokolloid sarğı - orta ya çox miqdarda ekssudatlı səthi yaralar üçün
- Medisorb F – pərdəli sarğı – az miqdarda ekssudatlı yaralar üçün
Yaraların sağalma mərhələsinin təhlili göstərir ki, müxtəlif mərhələdə yaranın uğurlu sağalması üçün tələb olunan şərtlər fərqlidir. Sağalma mərhələsindən başqa, yaranın dərinliyi, nekrotik toxumanın olması və ifrazatın miqdarı da nəzərə alınmalıdır. Məhz bu baxımdan hər bir yara fərdi sarğı, bəzən, müalicə dövründə dəyişən bir neçə sarğı tələb edir.
- Hər 2 saatdan bir mütəmadi qaydada bədənin yataq vəziyyəti dəyişir, yataq yaraları əmələ gələcək yerlərə təzyiq azalır – yataq yarası əleyhinə döşək istifadə edilir;
- Düzgün qidalanma;
- Müvafiq “havalandıran” vasitələrdən – böyüklər üçün bezlər, xüsusi sarğılar – poliuretan pərdəli sarğılar, habelə, dəriyə qulluq vasitələrindən istifadə etməklə dərini qorumaq
- Xəstəliyin gedişatına və əlamətlərinə nəzarət
Saytda baxım məhsullarını linkə daxil olmaqla və ya (055) 515-83-05 telefonu ilə sifariş edə bilərsiniz: