Ən tez yaranan problemlərdən biri gecələr yuxusuzluqdur. Yuxladıcı preparatlar dərin yuxunu təmin etmir. Insan yatsa da, süst, yorğun olur, qıcıqlanır. Sinir sistemi xəstəliklərinin əlamələri yataq vəziyyətində daha da ağırlaşır. Uzun müddət yataqda keçirmiş pasiyentlərin bərpa dövrünün müddəti 4-5 dəfə uzanır.
Uzun müddət yataq rejimdə qalmış yaşlı insanlar tez-tez yıxılır və müxtəlif sınıqlara məruz qalır, yuxuzuzluğun profilaktikası üçün xəstənin asudə vaxtını təşkil etmək, əqli faliyyəti üçün şərait yaratmaq lazımdır. Xəstənin sərbəst hərəkət etmək vərdişlərini həvəsləndirmək, gün rejimini aktivləşdirmək lazımdır. Yaşlı və zəifləmiş xəstələr bərpa dövründə, sərbəst yeriməyi, yuyunarkən əlavə dayaq vasitələrindən-tutqaclar, tayaqlar, əl ağaclarından və s. istifadə etməlidilər.
Xəstə uzun müddət yataq rejimindədirsə:
• gündüz yatmağa və mürgüləməyə qoymayın
• yataqda məşq hərəkətləri etdirin
• gün ərzində xəstənin yataq vəziyyətini dəyişin: yataqda oturaq, kresloda oturaq, kresloda gəzmək
• gün ərzində fəal hərəkətlər: oyunlar, qiraət və s.
• yuxudan qabaq yatağı təzələmək, döşəyi və balıncları çırpmaq
Başqa hallarda:
• xəstəni vaxtında yatırdın
• təsadüfən oyanarsa, yatağı 20 dəqiqədən artıq tərk etməsin
• günün ikinci yarısında çay və ya qəhvə içirtməyin
• gecə yuxudan əvvəl isti su verin (az miqdarda!)
• yuxuya mane olan səsləri və amilləri aradan qaldırın: pəncərədən gələn işıq, saat səsi, soyuducu, damcı səsi, başqa insanların xorultusu, açılan qapının cırıltısı, içəri girən və çıxanların səsləri.
• gecə pəncərələrin pərdəsini çəkin
• məişət qayğıları xəstəni həyəcanlandırırsa, ona mənəvi yardım edin: sakitləşdirin, ümid verin, onu dinləyin, dərdinə şərik olun.
• çalışın ki, xəstə yuxudan əvvəl mübahisə etməsin, dalaşmasın, qıcıqlanmasın
• otağın havasını tez-tez dəyişin, otağı çox soyuq və çox isti saxlamayın
• xəstənin vəziyyəti yol verirsə, isti vanna və ya duş qəbul etsin
• gecə xəstəni az yedirdin və içirdin
• xəstənin döşəyi rahat olmalıdır