Главная \ Faydalı məsləhətlər \ Qidalandırmanın düzgün qaydası

Qidalandırmanın düzgün qaydası

Əks- göstəriş yoxdursa, iştahı açmaq üçün duzlu şoraba yemək olar.

Ağız boşluğu və ya qırtlağın xəstəlikləri (stomatit, angina və s.) qida qəbulunu çətinlaşdirirsə, pasiyenti boru vasitəsilə duru maye ilə yedirdin.

Qida isti və yumşaq konsistensiyalı olmalıdır.

Pasiyenti yavaş-yavaş yedirdin.

Çiy və bişmiş məhsulları qarışdırmayın.

Əvvəl duru, sonra quru yeməkləri verin.

Qidanı pasiyentə elə qayda ilə verin ki, tez həzm olunan məhsullar daha gec həzm olunanlardan əvvəl gəlsin, çünki, orqanizm müxtəlif çeşidli məhsulları eyni dərəcədə həzm etmir:

  • Meyvə və tərəvəzlər -  tez həzm olunur
  • südturşulu məhsullar - 1 saat ərzində
  • çörək - 2,5 saata
  • süd - 3 saata
  • ət - 5 saata

Çörək və kartof, yumurta,- ət, balıq, süd, qatıq ilə uygunlaşmır. Onları ayrı-ayrı yemək lazımdır. Həzm prosesi xeyli enerji sərfi tələb edir. Pasiyentin mədəsini yükləməyin, bəzi hallarda onu xüsusi qida ilə qidalandırmaq məsləhətdir.

 

Ünvan:
Bakı şəhəri
İş rejimi:
Şənbə-bazar 9:00-21:00