Главная \ Faydalı məsləhətlər \ Ürək-damar çatmamazlı \ Ürək-damar çatmamazlığı olan xəstələrə qulluq

Ürək-damar çatmamazlığı olan xəstələrə qulluq

 – ürək əzələsinin yiğılma qabiliyyətinin kəskin dərəcədə azalması nəticəsində inkişaf edən xroniki xəstəlikdir. Tədricən orqanizmdə maye ləngiyir, bütün orqanların funksiyası pozulur: ag ciyər, qara ciyər, mədə, bagırsaq, böyrəklər, mərkəzi sinir sistemi.

Xəstəliyin 3 ağırlıq  dərəcəsi var:

Birinci yüngül dərəcə. İnsanin iş qabiliyyəti  saxlanılıb, fiziki hərəkət zamanı  təngənəfəslik və ürəkdöyünməsi əmələ gəlir.

Ikinci (orta) dərəcəli. Sakit vəziyyətdə də aritmiya və təngənəfəslik qeyd olunur. Xəstə yataq (yariyataq) rejimə, xüsusi preparatlarla ambulator və vaxtaşırı - stasionar müalicəyə ehtiyac duyur.

Ücüncu (ağir) dərəcə. Xəstədə nəzərə çarpan ödemlər əmələ gəlir, о cümlədən, daxili orqanlarda, ürək asmasi tutmaları inkişaf edir, orqanizmin bütün funksiyaları pozulur. Ciddi yataq rejimi, pəhriz, sidikqovucu və ürək preparatlari ilə müalicə aparilir.

Himayənizdə olan xəstə ürək-damar çatmamazlığından əziyyət cəkirsə, müşahidə  gündəliyi aparılır

Tarix Səhər Günorta Axşam
Temperatur      
Çəki      
Yuxu      
Sidik ifrazı (sutkalıq diurez)      
Stul (qəbzlik /ishal)      
Arterial təzyiq      
Nəbz      
Tərləma      
Ödem      
Tənəffüs      
Təngənəfəslik      
Ağrılar      
Ürəkbulanma      
Qusma      
Yataq yaraları      
Sidikqaçırma      
Nəcisqaçırma      

Hətta, ödem (şişkinlik) yoxdursa belə, pasiyentin çəkisinə və sidik ifrazına nəzarət edin. Çəkisi artırsa və, gündüzdən çox  gecə sidiyə gedirsə, demək, mayenin orqanizmdə ləngiməsi prosesi başlayıb. Axşamlar ayaqların şişməsi və səhərlər şişkinliyin çəkilməsi xəstəliyin inkişaf etmasindən xəbər verir. Getdikcə şişkinlik daimi olacaq və harda daha çox yaranmasi xəstənin yataqdaki vəziyyatindən asılı olacaq. Pasiyent daha çox oturursa – ayaqları şişir, uzanırsa - beli, sağrı və budları şişir.

Şişlərin əmələ gəldiyi yerlərdə dəri əl ilə yoxladıqda soyuqdur, rəngi bozumtul-göy çalarlıdır, dərini sıxarkən çuxur (batıq) əmalə gəlir. Şişkinik iri həcmlidirsə, dəri parıldayır və, hətta, cüzi dartılmadan çatlayır. Qatlar infeksiyanın orqanizmə sirayət etməsinə şərait yaradır.

Pasiyentə qulluq edərkən yataq yaralarının  bütün profilaktika üsullarından istifadə edin. Dərinin rəngi dəyişibsə, yaralar əmələ gəlibsə, həkimə xəbər verin. Himayənizdə olan xəstənin tənəffüsünə nəzarət edin (tezliyi, öskürək, bəlğəm). Təngənəfəsliyin, boğulma hallarının, ürək nahiyəsində  ağrının yaranma vaxtını qeyd edin. Vaxtaşırı  nəbzi yoxlayın. Nabzin sayi 50 və daha az vurursa – həkim çağırın.

Pasiyentin yatmağına diqqət yetirin: rahat, narahat, tez-tez oyanır, vurnuxur, sayıqlayır.

Pasiyentin mütəmadi olaraq müayinə olunmasının vacibliyini yaxinlarına izah edin. Tələb olunan müəyinə: elektrokardioqramma, qanda kalium, maqnezium va kalsiumun miqdarını yoxlamaq üçün analiz, qara ciyər və böyrəklərin USM-si, döş qəfəsinin rentgen müayinəsi.

Pasiyenti hər şeyi tələsmədən etməyə va daha çox istirahət etməyə  öyrədin. Vaxtinin  çoxunu oturaq yə ayaqüstü vəziyyətdə кеçiгməк belə xəstələrə daha rahatdır.

 

Qulluq zamanı oksigen balıncından istifada edin.
Ödem yerlərinə iynə vurmaq olmaz.
Isitqacdan (qrelkadan) ehtiyatla istifada edin, çünki, belə xəstələrin dəri hissiyati çox zəifdir, yanıq yarana bilər.

Ürək çatmamazlığından əziyyət çəkən xəstələrə  mualicəvi bədən tərbiyəsi ilə məşğul olmaq vacibdir, hətta, ahıl yaşda olsa belə.

Pasiyent yataqda «yarıoturaq» va ya «oturaq» vəziyyət almalıdır, çünki, belə vəziyyətdə təngənəfəslik az olur, nəinki uzanaqlı vəziyyətdə. Funksional çarpayıdan istifədə etmək daha münasibdir - baş hissəsini qaldırmaq, ayaq hissəsini isə endirmək imkanı var. Çarpayının yanına ləyən (sudno) ya kreslo-tualet qoymaq lazımdır. Vanna ya duşda çimmək bu xəstələrə əks-göstərişdir. Pasiyent bunu istəyirsə, həkimlə məsləhətləşin.

Yataq xəstələrinin  yuyundurulması üçün nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə etmək məsləhətdir.

Tutma vaxtı təcili yardım

Ürək astması tutması (boğulma) çox vaxt gecələr baş verir. Xəstə boğulur, oturmaq istəyir, dərisi soyuq tərlə örtülür, üz dərisi göyərir, nəbzi tezləşir, zəifləyir, nəfəsi dəqiqədə 30-40 qədər tezləşir, çəhrayi köpüklü bəlğəm ifrazı ilə öskürək başlayır.

Təcili yardım tədbirləri:

  1. Xəstəni rahat vəziyyətdə oturtmaq
  2. Həkimin təyin etdiyi dərmanı vermək
  3. Otağa təmiz hava axını buraxmaq
  4. Oksigen vermək
  5. Tutma keçmirsə - «təcili yardım» çağırmaq

Aritmiya tutması – ürək ritminin pozulması: yavaşıması, tezləşməsi, qeyri-bərəbərliyi.

Təcili yardım tədbirləri:

  1. Həkimin təyin etdiyi dərmanı vermək
  2. Xəstəni rahat vəziyyətdə oturtmaq
  3. Tutma keçmirsə - «təcili yardım» çağırmaq

 

Ünvan:
Bakı şəhəri
İş rejimi:
Şənbə-bazar 9:00-21:00