Medisorb A kalsium-alginat tərkibli xüsusi sarğı çətin sağalan yaraların nəm mühitdə müalicəsi üçün nəzərdə tutulub. Sarğının lifləri yara ifrazatı ilə təmasa girərək incə nəm gel əmələ gətirir, sağalma və havanın keçməsi üçün münasib şərait yaradır. Gel yaraya yapışmır, sarğı ağrısız dəyişilir və sağalma prosesini pozmur.
Orta və çox ifrazatlı səthi və dərin yaralarda ekssudatın miqdarına nəzarət edir.
Xüsusiyyətləri:
• yüksək hopdurma qabiliyyəti – sarğının hopdurma keyfiyyəti çox ifrazatlı yaraların müalicəsində istifadə edilməsinə imkan verir
• nəmlik dərəcəsini tənzimləyir - nəm yara mühitini saxlayır, yaranın sağalması üçün münasib şərait yaradır
• yumşaqdır - yaraya və ya yara boşluğuna asan qoyulur, yaranın formasına uyğunlaşır, dərin yaraların sarılması üçün yararlıdır
• yaradan ağrısız çıxarılır – gel yara səthinə yapışmır, təzə toxumaları zədələmir, hətta, dərin boşluqlardan asanlıqla çıxarılır
• yapışqan qatı olmadığından yoluxmuş yaralarda da istifadə edilə bilər.
Istifadəsi:
• yataq yaraları
• baldır xoraları
Buraxılış forması:
• steril: 10 x 10 sm; qutuda × 5 əd