Ailə üzvlərinizdən biri ağır xəstədirə və ya xəstəlikdən sonraki dövrdədirsə, ona bütün gün ərsində qulluq edəcək bir insanın kömək ehtiyacı yaranır. Belə bir köməyi xəstənin evində müvəqqəti yaşayan və ya növbəçiliklə gələn xəstə baxıcısı göstərə bilər.
“Help” şirkəti peşəkar xəstə baxıcısı xidmətlərini təklif edir. Bu xidmətdən yararlanaraq siz yaxınlarınıza problemsiz, lazımı xidmət və maksimal komfortu təmin edə bilərsiz.
Biz yalnız xidmət göstərən deyil, xəstəni anlayan, ona fiziki və mənəvi yardım göstərə bilən insanları seçirik.
Xidmətin qiyməti xəstənin vəziyyətinə görə dəyişir. Tel: 055-515-83-05
Minimal qiymət həftənin 5 günü saat 9:00-18:00kimi,aylıq əmək haqqı 450azn kimi hesablanır!
Baxıcı vəzivəsinə aşağıdakı öhdəliklər aiddir:
- Xəstənin səhhətinə nəzarət etmək
- Xəstəyə uyğun həkim göstərişlərini yerinə yetirmək
- Xəstənin halı pisləşdikdə yaxınlarını və həkimi məlumatlandırmaq
- Xəstənin yeməyinin hazırlanması və yedizdirilməsi
- Həkim göstərişinə uyğun – müalicəvi bədən tərbiyyəsinin, masajın, tənəffüs çalışmalarının kompleks aparılması
- Xəstənin yerləşdiyi sahənin təmizliyini yerinə yetirmək
- Xəstənin gigiyenik xidmətlərini yerinə yetirmək – yataq ağlarının dəyişdirilməsi, bezin dəyişdirilməsi, yuyundurma, sarğıların deyişməsi və s.
- Baxıcının digər əlavə öhdəlikləri (xəstəyə aid olmayan) ayrıca danışılır
Bizim kadr xidmətinin təqdim etdiyi baxıcılar yalnız ev şəraitində işləmir. Yaxınınız xəstəxana şəraitində üzün müddətli müalicə alırsa, ona müvafiq səviyyədə qulluq etmək üçün də baxıcı lazım ola bilər. Bu baxıcılar tələb olunan müddətə dəvət olunur. Belə ki, reanimasiya şəraitində müalicə aldıqdan sonra ağır xəstələrə qulluq etmək üçün sutkalıq baxıcı daha yararlıdır. Xəstə qohumunuza özünüz qulluq edirsinizsə, sizi bir neçə saat baxıcı əvəz edə bilər. Ola bilsin ki, gecə də baxıcıya ehtiyac yaransın.
Xəstə baxıcısı xidmətlərini sifariş etmək üçün sadəcə bizə zəng edin və ya sayt vasitəsi ilə aşağıdakı məlumatlar göstərilmiş ərizə verin:
- pasiyentin əsas xəstəliyi
- pasiyentin hərəkət qabiliyyəti (tam yataq xəstəsi, kənarların köməyi ilə və ya sərbəst)
- pasiyentin yaşı və təxmini çəkisi
- xəstə baxıcısı xidmətindən istifadə edilən müddət
- xüsusi xidmətlərə ehtiyac (massaj, gimnastika və s.). Kateter, stoma və s. olması.
- xəstə baxıcısının qarşısına çıxa bilən çətinliklər (çətin xasiyyət, xəstənin və ya ailə üzvlərinin yad münasibəti). Hər hansı asılılıq (alkoqol, narkotik və s.) və ya ruhi xəstəlik varsa, onu bildirmək lazımdır
- baxıcının qarşısına qoyulan əsas vəzifə - xəstənin əziyyətini yüngülləşdirmək, bərpa kursu aparmaq, ev işlərində kömək etmək, xəstənin vəziyyətinəvə hərəkətlərinə hər saat nəzarət etmək və s.
- baxıcı evdə yaşayacaqsa, ona təklif edilən şərtlər bildirilməlidir
Pasiyentin durumundan – diaqnozdan, maddi imkandan, mənzil və məişət şəraitindən asılı olaraq məsləhətçilərimiz münasib qulluq rejimi ilə işləyən baxıcı seçməkdə sizə yardımçı olar.
Xidmətin qiyməti xəstənin vəziyyətinə görə dəyişir. Tel: 055-515-83-05
Minimal qiymət həftənin 5 günü saat 9:00-18:00 kimi,aylıq əmək haqqı 450 AZN kimi hesablanır!
Saytda baxım məhsullarını linkə daxil olmaqla və ya (055) 515-83-05 telefonu ilə sifariş edə bilərsiniz:
Super Seni (gündüz) bezləri
Seni Soft basic birdəfəlik hopduran mələfələr
Yataq yarası əlehinə döşək
Sink oksidli qoruyucu krem
Baxıcı xidməti